...

Moldovalı parlamentari: Azərbaycanda seçkilər demokratik qaydada və qanun çərçivəsində keçirilir

Siyasət Materials 9 Oktyabr 2013 18:37 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri demokratik qaydada və qanun çərçivəsində keçirilir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Moldova parlamentinin üzvü Yuri Bolbakanu deyib:
Moldovalı parlamentari: Azərbaycanda seçkilər demokratik qaydada və qanun çərçivəsində keçirilir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Azərbaycanda prezident seçkiləri demokratik qaydada və qanun çərçivəsində keçirilir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Moldova parlamentinin üzvü Yuri Bolbakanu deyib:

"Bakıda olmağımıza çox şadıq, xüsusilə, belə bir əhəmiyyətli tədbirdə iştirak etdiyimiz üçün sevinirik. Seçkilər sona çatmamış bu barədə danışmaq bir az çətindir. Biz bu gün 5 məntəqədə olmuşuq. Dünən bizim üçün Azərbaycanda seçkilər prosesi barədə brifinq təşkil edilmişdi. Onu deyə bilərəm ki, təşkilatçılıq yüksək səviyyədədir".

O bildirib ki, hər şey sakit mühitdə davam edir. Hər kəs öz işini görür:

"Hətta qanuna əsasən polislərin seçki məntəqəsindən 100 metr uzaqda durmalı olduqlarını nəzərə alaraq, sırf bu məsələyə diqqət yetirdik və gördük ki, doğrudan da onlar məntəqədən 100 metr məsafədə dayanıblar. Bu fakt mənə deməyə haqq verir ki, seçkilər demokratik qaydada və qanun çərçivəsində keçirilir. Daha əvvəl də Bakıda olmuşam. Lakin seçki prosesində iştirak etməmişdim. Digər ölkələrlə fərqə gəldikdə isə demək istəyirəm ki, mütləq demokratiya adlı bir anlayış yoxdur. Lakin digər ölkələrdə gördüklərimi nəzərə alaraq deyə bilərəm ki, buradakı seçkilər demokratik şəraitdə keçir. Azərbaycanın qonaqpərvəliyi də digər ölkələrlə müqayisədə özünü aşkar şəkildə göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti