...

Dövlət başçıları və tanınmış ictimai-siyasi xadimlər İlham Əliyevi təbrik edirlər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 Oktyabr 2013 14:11 (UTC +04:00)
Dünyanın dövlət başçıları və tanınmış ictimai-siyasi xadimlərinin İlham Əliyevə yenidən prezident vəzifəsinə seçilməsi münasibətilə təbrikləri davam edir.
Dövlət başçıları və tanınmış ictimai-siyasi xadimlər İlham Əliyevi təbrik edirlər (ƏLAVƏ OLUNUB)

Yeni təbrik məktubları əlavə olunub (İlk xəbər 13:19-də yayılıb)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend /

Dünyanın dövlət başçıları və tanınmış ictimai-siyasi xadimlərinin İlham Əliyevə yenidən prezident vəzifəsinə seçilməsi münasibətilə təbrikləri davam edir.

Oktyabrın 13-də Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

" Sizi İd əl-Ədha - Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Qoy seçkilərdə Sizin qələbəniz, Azərbaycan xalqının yüksək etimadı yolunuzu nurlandırsın.

Qoy hər bir Azərbaycan vətəndaşının ailəsində xoşbəxtlik, firavanlıq, birlik və qarşılıqlı anlaşma bərqərar olsun.

Əminəm ki, Dağıstan və Azərbaycan, Rusiya və Azərbaycan xalqlarının dostluğu və həmrəyliyi bundan sonra da inkişaf edəcəkdir.

Sizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dost Azərbaycan xalqına sülh və çiçəklənmə arzulayıram".

Estoniya Respublikasının sabiq Prezidenti Arnold Rüütel dövlət başçısına ünvanladığı məktubda deyilir:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan xalqının Sizin yenidən Prezident seçilməyiniz üçün verdiyi səslər Sizə olan etimadın və sədaqətin bariz sübutudur.

Ölkənin lideri kimi Sizin təcrübəniz xalqlar arasında sülh əlaqələrinin qarantıdır və davamlı dinc dünyaya doğru inamlı hərəkatdır.

Bir daha ən səmimi təbriklərimi qəbul edin!"

Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan:

"Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Dağıstan Respublikası Xalq Məclisi adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm.

Sizə göstərilmiş etimad Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində Sizin xidmətlərinizin etiraf edilməsinin, yüksək nüfuzunuzun və bütün Azərbaycan xalqının Sizə dərin inamının təsdiqi, şəxsiyyətinizə verilən ən yüksək qiymətdir. Sizin rəhbərliyinizlə, habelə respublikanın bütün vətəndaşlarının əməksevərliyi və səyləri sayəsində Azərbaycanın sosial-iqtisadi inkişafda qazandığı uğurlar təqdirəlayiqdir.

Əminik ki, Rusiya ilə Azərbaycan arasında, xalqlarımız arasında tarixən təşəkkül tapmış dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına isə sülh və tərəqqi diləyirəm".

Çeçen Respublikası Hökumətinin sədri Ruslan Edelgeriyevdən:

"Yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Prezident seçkilərində növbəti qələbəniz Azərbaycan vətəndaşlarının Sizin rəhbərliyiniz altında ölkənizin sosial-iqtisadi inkişafı, onun beynəlxalq mövqelərinin möhkəmləndirilməsi xəttini fəal dəstəklədiklərini və bu siyasətə etimad göstərdiklərini bir daha təsdiq edir.

Xalqlarımızı ümumi mənəvi dəyərlər və ənənələr, zamanın sınağından çıxmış qarşılıqlı inam və etimad birləşdirir.

Əminəm ki, bizim möhkəm əsaslar üzərində qurulmuş ikitərəfli və çoxtərəfli əməkdaşlığımız daha uğurla davam edəcəkdir.

Xalqlarımız arasında tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi əminəm ki, bundan sonra da Azərbaycan Respublikası ilə Çeçen Respublikası arasında çoxşaxəli əməkdaşlığa, Qafqazda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına şərait yaradacaqdır.

Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

Rusiya Federasiyası Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyevdən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu ali dövləti vəzifəyə yenidən seçilməyiniz Azərbaycan xalqı tərəfindən Sizə böyük etimadın göstəricisidir. Sizin Prezident vəzifəsində fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, xalqın hüquq və azadlıqlarına riayət edilməsinə təminat olacaqdır. Qəti əminəm ki, Rusiya və Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq prinsipi əsasında ikitərəfli siyasi, iqtisadi, mədəni və humanitar əlaqələri genişləndirəcəklər.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik arzulayır, ali dövləti vəzifənizdə, Azərbaycanın bu günü və gələcəyi naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncıdan:

"Yenidən ali dövləti vəzifəyə seçilməyiniz münasibətilə Zati-alinizi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyi adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin işçilərindən və üzv ölkələrin nümayəndələrindən ibarət seçkiləri müşahidə missiyası mahiyyət baxımından mühüm əhəmiyyətə malik olan Ağdam rayonunun işğal altında olmayan və məcburi köçkünlərin yaşadığı müxtəlif kəndlərindəki 46 seçki məntəqəsindən 24-də 3 qrup şəklində müşahidələr apardıq. Həmin rayonu seçməyimizdə ən mühüm amil türk dünyasının məcburi köçkünlərlə həmrəy olduğunu göstərmək idi.

Aparılan müşahidələrimizə əsasən deyə bilərik ki, mütəşəkkil, şəffaf və dinc şəraitdə keçən seçkilərin nəticələri rəhbərliyiniz və liderliyiniz altında hər sahədə əldə edilən uğurların təsdiqi, Azərbaycan xalqının Sizə olan inamının bariz nümunəsidir.

Yenidən Prezident seçilməyiniz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələr arasında əlaqələrin daha sürətlə inkişaf etməsi baxımından çox mühüm əhəmiyyətə malikdir. Bu əməkdaşlığın gələcək illərdə Sizin səylərinizlə daha da genişlənəcəyinə əmin olduğumu xüsusi vurğulamaq istəyirəm.

Prezident seçkilərində parlaq qələbənizin bütün türk dünyasına xeyirli olmasını arzu edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına rifah diləyirəm".

Podqoritsa şəhərinin meri Miomir Muqoşadan:

"Monteneqronun paytaxtı Podqoritsa şəhərinin sakinləri adından və şəxsən öz adımdan ölkənizdə keçirilmiş demokratik seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.

Seçicilərin mütləq əksəriyyəti tərəfindən dəstəklənməyiniz ölkənizi siyasi müdriklik və məharətlə idarə etməyinizin təsdiqidir.

Əminəm ki, Sizin rəhbərliyiniz altında Azərbaycanın bütün sahələrdə tərəqqisi və inkişafı davam edəcək, ölkələrimizin dostluq əlaqələri daha da dərinləşəcək və möhkəmlənəcəkdir.

Sizin dost ərməğanınız - şəhərin mərkəzindəki yeni qurulmuş "Kral parkı" Podqoritsa sakinlərinə hər gün Azərbaycanı xatırladır. Bir daha bu səxavətli ərməğana görə Sizə minnətdarlığımı bildirirəm".

Monteneqronun Sosialist Xalq Partiyasının sədri Srdcan Miliçdən:

"Azərbaycanda keçirilmiş prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi Monteneqronun Sosialist Xalq Partiyası adından və öz adımdan təbrik edirəm.
Ümidvarıq ki, yeni prezidentlik dövründə də ədalətli cəmiyyət quruculuğunun, demokratiyanın prinsip və məqsədlərinə sadiq qalaraq, xalqınıza xidməti və dövlətinizin milli maraqlarının müdafiəsini təmin edəcəksiniz.

Ölkənin iqtisadi, sosial, siyasi, enerji siyasəti və xarici siyasət sahələrində müəyyən etdiyiniz proqramların həyata keçirilməsində Sizə və xalqınıza uğurlar arzulayırıq.

İnanıram ki, seçkilərdəki parlaq qələbəniz daha sıx iqtisadi və digər əməkdaşlıq formalarının, Azərbaycanda və Monteneqroda, həmçinin bütün regionda mövcud olan potensialın nəzərdən keçirilməsi istiqamətində müştərək fəaliyyətimizin və səylərimizin davam etdirilməsi üçün stimul olacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti