...

Müdafiə Nazirliyi: Səfirlik mövqeyində israr edərsə, Riçard Morninqstarın fikirlərinin audio yazısını təqdim etməyə hazırıq

Siyasət Materials 15 Oktyabr 2013 12:34 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidməti görüş zamanı heç bir qeyri-dəqiqliyə və doğru olmayan fikirlərin yayılmasına yol vermədiyini bir daha bəyan edir.
Müdafiə Nazirliyi: Səfirlik mövqeyində israr edərsə, Riçard Morninqstarın fikirlərinin audio yazısını təqdim etməyə hazırıq

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İ.İzzət/

Oktyabrın 14-də Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarla görüşündə Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı səfirin söylədikləri mətbuatda yayıldıqdan sonra səfirlik tərəfindən məlumatın dəqiq olmadığı barədə açıqlama verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, rəsmi məlumatın səfirə aid olan hissəsində heç bir təhrifə yol verilməyib, onun sözləri olduğu kimi yayılıb: "Əgər səfirlik mövqeyində israr edərsə, Müdafiə Nazirliyi səfir Riçard Morninqstarın fikirlərinin audio yazısını təqdim etməyə hazırdır".

Müdafiə Nazirliyinin mətbuat xidməti görüş zamanı heç bir qeyri-dəqiqliyə və doğru olmayan fikirlərin yayılmasına yol vermədiyini bir daha bəyan edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti