...

Mübariz Qurbanlı: Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində etdiyi çıxışında ölkəmizin strateji hədəflərini bəyan etdi

Siyasət Materials 19 Oktyabr 2013 18:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində etdiyi çıxışında ölkəmizin strateji hədəflərini bir daha bəyan etdi. Bunu Trend-ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.
Mübariz Qurbanlı: Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində etdiyi çıxışında ölkəmizin strateji hədəflərini bəyan etdi

Azərbaycan, Bakı, 19 oktyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində etdiyi çıxışında ölkəmizin strateji hədəflərini bir daha bəyan etdi. Bunu Trend-ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.

M.Qurbanlı deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində etdiyi çıxış zamanı Azərbaycanın bölgədə, dünya siyasətində tam müstəqil siyasət aparmaq iqtidarında olması, milli maraqların qorunması, Ermənistanın iqtisadi cəhətdən taqətdən salınaraq sülhə məcbur edilməsi məsələlərinə xüsusi önəm verib.

M.Qurbanlı vurğulayıb ki, dövlət başçısı inauqurasiya mərasimində mühüm əhəmiyyət kəsb edən və strateji hədəflərimizi müəyyənləşdirən proqram xarakterli çıxış edib: "Çıxışda Prezident İlham Əliyev strateji hədəf olaraq ərazi bütövlüyümüz və tarixi ədalətin bərpası, Azərbaycanda demoqrafik məsələlər, əhali artımının yüksək səviyyədə olmasının davamı, iqtisadi müstəqilliyimiz, sənaye potensialımızın artırılması, sosial proqramların davam etdirilməsi, regionların inkişafı, dövlətlərarası münasibətlərdə dost ölkələrin sayının daha da artırılması, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi vurğulanıb".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin oktyabrın 19-da Milli Məclisdə təntənəli andiçmə mərasimi keçirilib. Mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, siyasi partiyaların, ictimai təşkilatların, ölkə ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin səfirləri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti