...

PKK yaraqlıları Ankaranı Türkiyədə hərbi əməliyyatların bərpa olunacağı ilə hədələyirlər

Siyasət Materials 22 Oktyabr 2013 14:28 (UTC +04:00)
Kürdüstan Fəhlə partiyasının (PKK) yaraqlıları Ankaranı Türkiyədə hərbi əməliyyatların bərpa olunacağı ilə hədələyirlər.
PKK yaraqlıları Ankaranı Türkiyədə hərbi əməliyyatların bərpa olunacağı ilə hədələyirlər

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlıları Ankaranı Türkiyədə hərbi əməliyyatların bərpa olunacağı ilə hədələyirlər. Bu barədə Trend Türkiyənin "Haber 7" telekanalına istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, bu barədə bəyanatı PKK-nın siyasi qolunun rəhbəri Cəmil Bayık verib.

Telekanal, o cümlədən bildirib ki, terrorçu təşkilatın yaraqlıları onların tələbləri yerinə yetirilmədiyi təqdirdə Türkiyəyə qayıtmağa hazırdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti