...

Əli Babacan: Türkiyə iqtisadi inkişafa görə Aİ ölkələrinin əksəriyyətini keçir

Siyasət Materials 23 Oktyabr 2013 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə iqtisadiyyatı Avropa İttifaqına (Aİ) üzv olan bəzi ölkələrin iqtisadiyyatından daha çox inkişaf edib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş nazirinin müavini Əli Babacan bildirib.

Onun sözlərinə görə, Aİ-yə üzv olan 28 ölkə arasında bu strukturun tələblərinə cavab verməyənlər var.

Babacanın sözlərinə görə, son 11 ildə Türkiyə bir çox sahələrdə böyük uğurlara nail olub.

Baş nazirin müavini əlavə edib ki, rəsmi Ankara gələcəkdə də Türkiyə iqtisadiyyatında islahatlar keçirməyi davam etdirmək niyyətindədir.

Daha əvvəl Əli Babacan bildirmişdi ki, Aİ Türkiyəni öz sıralarına qatmağa hələ hazır deyil.

Babacanın sözlərinə görə, hazırda Türkiyə Aİ-yə daxil olmaq üçün uzun yolun lap əvvəlindədir, lakin bu o demək deyil ki, Ankara İttifaqa üzv olmağa hazır deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti