...

Rəsul Quliyev: Qaragüruhçu elementlərin baş qaldırması Milli Şuranın gələcəyinin necə formalaşacağından xəbər verir

Siyasət Materials 25 Oktyabr 2013 09:59 (UTC +04:00)
Eks-spiker, Milli Şuradan istefa verən Rəsul Quliyev Milli Şuranın oktyabrın 24-də keçirilən növbəti sessiyasında baş verənlərə münasibət bildirib.
Rəsul Quliyev: Qaragüruhçu elementlərin baş qaldırması Milli Şuranın gələcəyinin necə formalaşacağından xəbər verir

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Eks-spiker, Milli Şuradan istefa verən Rəsul Quliyev Milli Şuranın oktyabrın 24-də keçirilən növbəti sessiyasında baş verənlərə münasibət bildirib.

Trend-in məlumatına görə, R.Quliyev öz "Facebook" səhifəsində Milli Şuranın növbəti sessiyasının təəssüf hissindən başqa hiss yaratmadığını qeyd edib.

R.Quliyev bildirib ki, sessiya 20 ildir söylənilən əkiz çıxışlar, real tətbiqi fantaziya olan şüarlardan ibarət oldu: "Bundan başqa qaragüruhçu elementlərin baş qaldırması, abırlarını saxlayan intellektualların səslərini çıxarmaması MŞ-nın gələcəyinin necə formalaşacağından xəbər verir.

R.Quliyev əlavə edib ki, Milli Şuranın tutduğu yol heç bir yerə aparmayan yoldur: "Azərbaycanda sessiyada verilən bəyanatlara oxşar bəyanatlar çox verilib . Bu minvalla həmin bəyanatı 2015 və 2018-ci illərdə də vermək lazım gələcək, MŞ o mətni saxlamalıdır ki, bir də yenidən yazmasın".

Qeyd edək ki, Milli Şuranın dünən keçirilən sessiyası qalmaqalla yadda qalıb. Azərbaycan Liberal Partiyası (ALP) Milli Şuranın tərkibindən çıxıb və partiya sədri Əvəz Temirxan sessiyanı yarımçıq tərk edib. Bundan əlavə daha 9 üzvün Milli Şuradan istefası qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti