...

Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edib

Siyasət Materials 25 Oktyabr 2013 18:32 (UTC +04:00)
Bu gün Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Xırdalan şəhərində Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinlərinin qəbulunu keçirib.
Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Bu gün Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Xırdalan şəhərində Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinlərinin qəbulunu keçirib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nazir tərəfindən qəbul edilən 48 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 65, digər məsələlərlə bağlı müraciət etmiş 38 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti