...

Gürcüstanda seçkilər qanun pozuntuları olmadan normal şəraitdə keçirilir

Siyasət Materials 27 Oktyabr 2013 10:48 (UTC +04:00)
Gürcüstanın daxili işlər naziri bildirib ki, ölkədə seçkilər qanun pozuntuları olmadan normal şəraitdə keçirilir. Trend-in məlumatına görə, İrakliy Qaribaşvili bu haqda seçki məntəqəsində səsvermə zamanı bildirib.
Gürcüstanda seçkilər qanun pozuntuları olmadan normal şəraitdə keçirilir

Gürcüstan, Tbilisi, 27 oktyabr /Trend, müxbir N. Kirtsxaliya/

Gürcüstanın daxili işlər naziri bildirib ki, ölkədə seçkilər qanun pozuntuları olmadan normal şəraitdə keçirilir. Trend-in məlumatına görə, İrakliy Qaribaşvili bu haqda seçki məntəqəsində səsvermə zamanı bildirib.

"Biz bəyan etmişik və sabitliyi təmin etməyə hazırıq. Heç kəsə imkan vermərik ki, hər hansı təxribat törətsin və seçkiləri pozsun" - deyə o, qeyd edib.

Qeyd edək ki, Qərbi Gürcüstanda Zuqdididə səhər hakim koalisiyanın koordinatorlarının maşınlarına zərər vurulub. Faktla bağlı təhqiqat başlayıb.

Xatıqladaq ki, artıq "Gürcü arzusu" hakim koalisiyasının namizədi Giorgi Marqvelaşvili səs verib. O səsvermə məntəqəsinə qızı ilə gəlib və Gürcüstanda seçkilərin şəffaf keçiriləcəyinə inandığını deyib.

"Bu, sabit şəkildə keçən Avropa tipli seçkilərdir və əminəm ki, xalqım Qərbyönlü prezident və uğurlu perspektiv seçimini edəcək" - deyə o əlavə edib.

"Vahid Milli Hərəkat" partiyasının namizədi David Bakradze də səs verib. O, Gürcüstanın avrointeqrasiyanı və NATO-ya daxil olmaq perspektivini seçəcəyinə əminliyini ifadə edib.

"Mən xalqımın ağlına inanıram və əminəm ki, Gürcüstan sabah daha yaxşı olacaq" - deyə o, söyləyib.

Xəbər lenti

Xəbər lenti