...

İlham Əliyev Xorvatiyanın keçmiş Prezidentini qəbul edib

Siyasət Materials 30 Oktyabr 2013 16:01 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçi qəbul etmişdir.
İlham Əliyev Xorvatiyanın keçmiş Prezidentini qəbul edib

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçi qəbul etmişdir.

Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiç yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, son illər ölkələrimiz arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini dedi.

Dövlətimizin başçısı Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişafı üçün yaxşı potensialın olduğunu vurğuladı, Xorvatiyadan olan şirkətlərin Azərbaycandakı fəaliyyətinin əməkdaşlığımızın genişləndirilməsi baxımından önəmini qeyd etdi.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumunun xalqlararası əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verdiyi vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti