...

Eşton və İran xarici işlər nazirinin görüşü müsbət ab-havada keçib

Siyasət Materials 21 Noyabr 2013 01:07 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin görüşü müsbət ab-havada keçib.
Eşton və İran xarici işlər nazirinin görüşü müsbət ab-havada keçib

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin görüşü müsbət ab-havada keçib. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə K.Eştotun mətbuat katibi Maykl Mann öz "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, K.Eşton Cenevrədə İranın nüvə probleminin həlli üzrə beynəlxalq vasitəçilərin - "altılığ"ın qarşıdakı danışıqlarını müzakirə etmək üçün çərşənbə günü M.C.Zəriflə görüşüb.

M.Mann bildirib ki, İranın xarici işlər naziri ilə işçi nahar zamanı baş tutan müsbət görüşdən sonra Aİ-nin ali nümayəndəsi BMT-də nüvə üzrə danışıqların birinci plenar sessiyasında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti