...

XİN: Türkiyə Misir xalqı ilə qardaş münasibətləri saxlayacaq

Siyasət Materials 25 Noyabr 2013 09:58 (UTC +04:00)
Türkiyə ölkələr arasında siyasi vəziyyətin kəskinləşməsinə baxmayaraq, Misir xalqı ilə qardaş münasibətləri saxlayacaq.
XİN: Türkiyə Misir xalqı ilə qardaş münasibətləri saxlayacaq

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə ölkələr arasında siyasi vəziyyətin kəskinləşməsinə baxmayaraq, Misir xalqı ilə qardaş münasibətləri saxlayacaq. Trend-in bazar ertəsi "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, Misirdəki hərbi çevrilişlə bağlı Türkiyə hökumətinin tənqidi bu ölkənin daxili işlərinə qarışmaq demək deyil.

Qeyd edək ki, noyabrın 23-də Misir hakimiyyəti Türkiyə ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb və Ankaranın Qahirədəki səfirindən ölkəni tərk etməyi tələb edib.

Türkiyə Prezidenti Abdullah Gül Misirin hərbi rəhbərliyinin Türkiyə ilə bağlı qəbul etdiyi qərar barədə danışarkən, iki ölkə arasında yaranmış vəziyyətin müvəqqəti xarakter daşıdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti