...

Beş min tələbə Kiyevdə Ukraynanın Avropaya inteqrasiyasına dəstək aksiyasına qoşulub

Siyasət Materials 27 Noyabr 2013 17:29 (UTC +04:00)
Beş min tələbə Ukraynanın Avropaya inteqrasiyasına dəstək aksiyasının davam etdiyi Kiyevdəki Müstəqillik meydanına gəlib.
Beş min tələbə Kiyevdə Ukraynanın Avropaya inteqrasiyasına dəstək aksiyasına qoşulub

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Beş min tələbə Ukraynanın Avropaya inteqrasiyasına dəstək aksiyasının davam etdiyi Kiyevdəki Müstəqillik meydanına gəlib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Ötən cümə axşamından Kiyevdə və ölkənin digər yerlərində Avropaya inteqrasiyanın tərəfdarları aksiyalar keçirirlər.

Aksiyalara hökumətin Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında sazişin imzalanmasına hazırlığı dayandırdığını elan etməsindən sonra başlanılıb.

Meydana toplaşanlar tərəfindən alqışlarla qarşılanan gənclər "Tələbə tətili", "Ukrayna Avropadır" və "Birlikdə və sonadək" şüarları səsləndirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti