...

Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilə görüşüb (FOTO)

Siyasət Materials 11 Dekabr 2013 19:58 (UTC +04:00)
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan hökumətlərarası birgə komissiyasının həmsədri Əbdüllətif Əhməd əl-Osmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan hökumətlərarası birgə komissiyasının həmsədri Əbdüllətif Əhməd əl-Osmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə əl-Osman iki ölkə arasında iqtisadi fəaliyyətin artımından məmnunluq ifadə edərək, Azərbaycanın bu sahədə apardığı düşünülmüş və ardıcıl siyasətini qeyd edib.

E.Məmmədyarov əl-Osmanın başçılıq etdiyi nümayəndə heyətininin ölkəmizə səfərini yüksək qiymətləndirib və sözügedən səfərin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini vurğulayıb. Səfərin hər iki ölkədə investisiya üçün geniş imkanların yaradılmasına xidmət edəcəyini qeyd edib. Həmçinin, nazir qonaqlara regional layihələr haqqında məlumat verib.

Ermənistan-Azərbaycan münaqişəsi barədə danışan E.Məmmədyarov Ermənistanın işğalçı siyasətinin regionun inkişafına mənfi təsir göstərdiyini vurğulayıb.

Əl-Osman iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib. Həmçinin o, ölkəmizə səfərindən məmnun qaldığını və burada Səudiyyə Ərəbistanının nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti