...

Müsavat başqanının müşaviri: Sadəcə indi AXCP funksionerləri saxta profillərin arxasından çıxıblar

Siyasət Materials 14 Yanvar 2014 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir E.Mehdiyev/

Bu gün AXCP-nin Müsavat Partiyasına qarşı apardığı təbliğat qərəzdən irəli gələn mövqedir. Bu barədə Trend-ə Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli deyib.

M.Hacıbəyli qeyd edib ki, Müsavat Partiyasından əvvəl Milli Şuradan çıxan Rüstəm İbrahimbəyov olub: "Rüstəm ibrahimbəyov Milli Şuradan çıxanda ona hücum etməyənlər Müsavat Partiyasına qarşı hücum etməyə bəhanə axtarırdılar və ona görə də indi hücum edirlər".

O, əlavə edib ki, əslində Müsavat Partiyasına qarşı hücumlar heç dayandırılmamışdı: "Milli Şurada bizimlə müttəfiq olanda belə, onlar saxta sosial şəbəkələrdəki profillərlə Müsavat Partiyasına qarşı bu təbliğatı aparırdılar. İndi sadəcə onların o saxta profillərin arxasından aşkara çıxmaları faktı baş verib".

Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan istefa verdikdən sonra Müsavat Partiyası ilə AXCP funksionerləri arasında qarşılıqlı ittihamlar açıq müstəviyə keçib. Hətta Müsavatın Milli Şuradan istefa etməsi səbəbindən AXCP Müsavat Partiyası ilə müttəfiqlik etməkdən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti