...

Prezidentlə bölüşülən ruh yüksəkliyi…

Siyasət Materials 27 Yanvar 2014 15:51 (UTC +04:00)
Keçən həftə istər sosial şəbəkələrdə, istərsə də məişətdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir ruh yüksəkliyi, əzmkarlıq, qələbə iddiası müşahidə olunurdu.
Prezidentlə bölüşülən ruh yüksəkliyi…

Arzu Nağıyev - Trend-in icmalçısı

Keçən həftə istər sosial şəbəkələrdə, istərsə də məişətdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir ruh yüksəkliyi, əzmkarlıq, qələbə iddiası müşahidə olunurdu. Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı qaçqın ailəsi ilə görüşündə dediyi sözlər sanki qəlbi Vətənlə döyünən hər bir vətəndaşın ürəyindən gələn sözlər idi. Prezident qeyd etdi ki, "ərazi bütövlüyümüzün bərpası məsələsi mütləq həll ediləcəkdir. Heç kimdə bu barədə şübhə olmasın. Eyni zamanda, mən bu barədə demişəm və bir daha demək istəyirəm ki, gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar. Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azərbaycanlıların yaşadıqları ərazi çox böyük olmuşdur. İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, yaşayacağıq".

Bu sözlərdən sonra Ermənistanla həmsərhəd rayonlarda, Dağlıq Qarabağ ərazisində törədilən təxribatların qarşısının mətinliklə alınması, muzdlular və ermənilərdən ibarət dəstələrin darmadağın edilməsi, qorxularından dinc əhali yaşayan kəndlərin qoyub qaçılması, Vətənin hər qarışı üçün canından, qanından keçməyə hazır olan əsgər və zabitlərimizin rəşadəti Azərbaycanımızın nəyə qadir olduğunu bir daha dünyaya göstərdi.

Bəli, müharibənin ağrı-acısını duymuş veteran olan müəllif də qürur hissi keçirdi, ordumuzla, onun Ali Baş komandanı ilə, aparılan siyasətlə. Hərbi Hava Qüvvələrinin keçirdiyi reydlər insanların "lazım gələrsə" iddiasını pozub "artıq lazımdır və biz buna qadirik " kəlmələri ilə əvəzlədi. Həmin ərəfədə barıt qoxusu verən xəbərlər sanki bütün region dövlətlərinə də bir işarə idi - bizi tanıyın, özünüzü yığışdırın!

İlham Əliyevin Davosda İsrail Prezidenti Şimon Peres, İran Prezidenti Həsən Ruhani ilə görüşləri, "Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol" mövzusunda qəbulda iştirakı və həmin qəbulda "bizim tarixən əlaqələrimiz vardır, ancaq əminəm ki, hər bir ölkə müstəqilliyinin bəhrəsini görür. Biz təkcə azadlığa qovuşmamışıq. Biz sistemi dəyişmişik" deməsi çox dərin mətləblərdən xəbər verirdi. İki təzadlarla dolu siyasət yürüdən dövlətlərin başçıları ilə bir araya gəlmək aparılan siyasətin doğru seçildiyi deməkdir. Artıq Azərbaycan vətəndaşı hiss edir və bütün varlığı ilə duyur ki, onun döyüşən və hər an canından, qanından keçməyə hazır olan əsgər və zabitlərdən ibarət qələbə çalmağa qadir ordusu, əlbəttə ki, qələbə paradını qəbul etməyi hamıdan çox istəyən Ali Baş komandanı - Prezidenti var!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti