...

İlham Əliyev Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda iştirak edib

Siyasət Materials 5 Fevral 2014 13:13 (UTC +04:00)
Fevralın 5-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfrans keçirilmişdir.
İlham Əliyev Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda iştirak edib

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Fevralın 5-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak etmişdir.

Dövlətimizin başçısı konfransda giriş nitqi söylədi.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış etdilər.

Azərbaycan Prezidenti konfransda yekun nitqi söylədi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti