...

İlham Əliyev Həsən Ruhanini təbrik edib

Siyasət Materials 10 Fevral 2014 18:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Həsən Ruhanini təbrik edib

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "İran İslam Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizə və Sizin simanızda qardaş İran xalqına ən səmimi təbriklərimi yetirirəm.

Ölkələrimiz arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən və ortaq mənəvi dəyərlərimizdən qaynaqlanır.

İnanıram ki, Davos İqtisadi Forumu zamanı keçirdiyimiz görüşdə ifadə etdiyimiz kimi, ikitərəfli münasibətlərimizin xoş ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".

İlham Əliyev Həsən Ruhaniyə möhkəm cansağlığı, işlərində uğurlar, dost və qardaş İran xalqına sülh və rifah diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti