Azərbaycan Prezidentinin qayğısından, davamlı inkişafdan, real tərəqqidən və parlaq gələcəyə inamdan qaynaqlanan vətəndaş müraciətləri (FOTO)

Azərbaycan Prezidentinin qayğısından, davamlı inkişafdan, real tərəqqidən və parlaq gələcəyə inamdan qaynaqlanan vətəndaş müraciətləri (FOTO)

Azərbaycan, Bakı, 12 fevral /Trend /

Azərbaycan tarixinin, Azərbaycan dövlətçiliyinin daha bir şanlı səhifəsi yazılıb. Xalqımız 2013-cü ili - böyük siyasi hadisə sayılan prezident seçkiləri ilini bütün sahələrdə yüksək ictimai fəallıq, işgüzarlıq, təşəbbüskarlıq, qətiyyət, ümumi mənafelərimizə, ən başlıcası, dövlətçiliyimizə, müstəqilliyimizə sədaqət nümayiş etdirməklə başa vurdu.

AzərTAc xəbər verir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və qoruyucusu olan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb təsdiq olunmuş, hər bir vətəndaşın hüquqları təsbit edilmiş Azərbaycan Konstitusiyasının əsas müddəalarından biri də vətəndaşlara dövlət orqanlarına şəxsən müraciət etmək hüququnun verilməsidir. Ulu Öndərin 1997-ci ildə imzaladığı "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənən bu hüququn təmin edilməsi bütün dövlət orqanlarının ən ümdə vəzifələrindən biridir.

Azərbaycan vətəndaşlarının bütün hüquq və azadlıqlarının qarantı olan, hələ ilk dəfə seçiləndə hər bir azərbaycanlının Prezidenti olacağına söz verən və bunu ardıcıl həyata keçirən İlham Əliyev vətəndaşların problemlərinin, o cümlədən onların öz müraciətlərində qaldırdıqları məsələlərin həllinə xüsusi önəm verir.

Azərbaycan vətəndaşlarının ölkə Prezidentinə göstərdiyi böyük inam və etimad bilavasitə onların arzu və istəklərinə, gündəlik problemlərinə göstərilən dövlət qayğısından irəli gəlir. Buna görə də Azərbaycan xalqı onu narahat edən bir çox məsələlərlə əlaqədar məhz dövlət başçısına müraciət etməyi üstün tutur.

Əvvəlki illərdə olduğu kimi, ötən 2013-cü ildə də vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılmış, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələri ilə daha təsirli tədbirlər görülmüşdür. Dövlət hakimiyyəti orqanlarının vətəndaş müraciətlərinə münasibəti daha da yaxşılaşmış, bu orqanların rəhbərlərinin əhali ilə birbaşa təmasları adi hal almışdır.

Respublikanın bütün bölgələrində hər bir vətəndaş istədiyi mərkəzi icra hakimiyyəti orqanının rəhbəri ilə bilavasitə görüşmək imkanı əldə etmiş, vətəndaşların uzaq məsafə qət edərək həmin qurumlara gəlməsinə ehtiyac qalmamışdır. Bu ünsiyyətdən və təmasdan həm dövlət orqanlarının rəhbərləri, həm də vətəndaşlar bəhrələnmişlər. Dövlət orqanlarının rəhbərləri cavabdeh olduqları sahələrdə vəziyyətlə yerlərdə yaxından tanış olmuş, yerli strukturların necə işlədiklərini, vətəndaşların problemlərinə nə dərəcədə obyektiv yanaşdıqlarını öyrənmişlər.

Vətəndaşların müraciətlərinə baxılması sahəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında görülən işlər barədə il ərzində oxuculara mütəmadi məlumat verilsə də, ötən ilin yekunlarını daha geniş şərh etmək məqsədi daşıyan bu yazını oxucuların diqqətinə çatdırırıq.

Müasir dünyanın mürəkkəb geosiyasi şəraitində siyasət labirintlərində düzgün yol seçmək, hər tərəfdən göstərilən siyasi və iqtisadi təzyiqlərə davam gətirmək, ölkənin mənafeyinə uyğun olmayan təsirləri dəf etmək hər siyasətçiyə nəsib olmur. Xüsusilə müharibə şəraitində yaşayan, ərazisinin 20 faizi işğalçı Ermənistan tərəfindən zəbt olunan Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün böyük səylər göstərməklə yanaşı, onun dinamik və sürətli iqtisadi inkişafını, müdafiə qüdrətini, xalqın xoş güzəranını təmin etmək heç də asan məsələ deyildir. Bu işin öhdəsindən gələn yeganə şəxsiyyətin məhz İlham Əliyev olduğunu xalqımız gözəl bilir və buna görə də tərəddüd etmədən ölkəsinin, dövlətinin, ilk növbədə özünün taleyini ona etibar etmişdir. Bu etimadın və etibarın doğrulacağına heç kəs şübhə etmir. Azərbaycan xalqı Prezident İlham Əliyevə inanır və bundan sonra da inamla onun ardınca gedəcək, onun uğurlu siyasətini dəstəkləyəcəkdir.

Ölkə vətəndaşları 2013-cü il oktyabrın 9-da bir daha öz düzgün seçimlərini edərək onların işıqlı gələcəyini, Azərbaycanın sabit və davamlı inkişafını təmin edəcək, onu dünyanın ən müasir, ən inkişaf etmiş, ən yüksək həyat şəraiti olan bir dövlətinə çevirməyi qarşısına məqsəd qoymuş siyasi liderinə - İlham Əliyevə səs verdilər. Bu seçim müasir Azərbaycan siyasətində İlham Əliyevin alternativsiz lider olduğunu bir daha sübut etdi. Bu seçim xalqın ürəyindən gələn seçim idi, onun qəlbinin hökmü, ən başlıcası, öz rəhbərinə sonsuz inam və etimadın, səmimi hörmətin və məhəbbətin, dövlət başçısının ötən 10 ildə xalqına göstərdiyi böyük qayğı və diqqətin, həmçinin gözəl gələcəyə verilmiş təminatın ifadəsi idi. Hamı gözəl bilir və dərk edir ki, ulu öndər Heydər Əliyevin ölməz ideyaları Azərbaycan dövlətinin başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra da ardıcıl və qətiyyətlə həyata keçiriləcək, Azərbaycan tarixin siyasi burulğanlarında heç vaxt büdrəməyəcək, müstəqilliyimiz gündən-günə möhkəmlənəcək və əbədi qorunacaqdır.

Seçkilər ərəfəsində vətəndaşların artan fəallığı onların cəmiyyətdə gedən proseslərə münasibətində özünü aydın göstərmiş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olan bütün müraciətlərin də ana xəttini ölkə Prezidentinə böyük inam və etimad təşkil etmişdir.

Respublika Nazirlər Kabinetinin 2014-cü il yanvarın 9-da keçirilmiş, 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikası Prezidentinin qeyd etdiyi kimi, "Azərbaycan xalqı bir daha öz səsini bizim siyasətimizə, real siyasətə vermişdir, boşboğazlığa, boş vədlərə yox, real siyasətə, real işlərə öz səsini vermişdir".

Azərbaycan Prezidenti xalqın bu etimadını, reallığa, inandığı adama səs verməsini olduqca yüksək dəyərləndirərək demişdir: "Doğma xalqıma bir daha minnətdarlığımı bildirmək istəyirəm ki, on illik fəaliyyətimi yüksək qiymətləndirərək mənə yenidən böyük etimad göstərmişdir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenidən bu vəzifəyə seçilməsi dövrün, zamanın reallığından və Azərbaycan xalqının iradəsindən, inam və etimadından irəli gəlir. Bu inam və etimad olmasaydı, seçkilər bu qədər fəal, uğurlu keçməz, seçkiləri diqqətlə izləyən beynəlxalq və yerli müşahidəçilər onun nəticələrindən belə razı qalmazdılar. Bu seçkilərin əsas prinsipi tam şəffaflıq, obyektivlik, yalnız və yalnız xalqın rəyinin sərbəst ifadəsi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrü Azərbaycan tarixinin bütün əvvəlki illəri ilə müqayisə etdikdə, qısa bir zaman kəsiyində bir əsrə sığmayan və reallaşdırılması heyrət doğuran misilsiz quruculuq işlərinin şahidi oluruq.

Xalq arasında həqiqətən qurucu və yaradıcı Prezident imicini qazanmış, müasirlik simvoluna çevrilmiş İlham Əliyev öz seçki kampaniyasını gurultulu sözlərlə yox, real işlərlə, dövrün tələblərinə uyğun yeritdiyi siyasətlə, ölkəmizin beynəlxalq nüfuzunu günbəgün, aybaay, ilbəil artırmaqla həyata keçirmiş və onun bəhrəsini görmüşdür. Onun başladığı bütün işlərin Azərbaycanın daha parlaq gələcəyinə hesablandığını görməmək mümkün deyil.

İndi bütün respublika nəhəng tikinti meydançasını xatırladır. Dünya iqtisadiyyatını bürümüş böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlı, sürətli inkişafını davam etdirir, respublikanın müstəqillik illərində əldə etdiyi iqtisadi potensial gündən-günə artırılır və bütün bu imkanlar ölkənin hərtərəfli inkişafının təmin olunmasına, insanların həyat şəraitinin daha da yüksəldilməsinə yönəldilir.

Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, qazanılan bütün nailiyyətlər "Azərbaycanda xalqla iqtidar arasındakı birliyi təcəssüm etdirir, çünki bizim bütün təşəbbüslərimiz, bütün işlər xalqın tələbi, xalqın xahişi ilə, yerlərdən olan təkliflər əsasında görülür. Bizim regional İnkişaf Proqramımızın əsas mənbəyi xalqdır. Proqramın əsas istiqaməti də Azərbaycan xalqına xidmət etməkdir".

Bu bir faktdır ki, dövlət başçısının Azərbaycanın bölgələrinə etdiyi səfərlər respublika əhalisi tərəfindən xüsusi rəğbətlə və sevinclə qarşılanır. Çünki onun getdiyi hər bir rayonda, hər bir şəhərdə abadlıq və quruculuq işlərinə yeni impuls verilir, bu işlərin vüsəti daha da artır, yaranmış problemlər, bölgələrin ehtiyacları daha əyani surətdə öyrənilir, onların həlli yolları müəyyənləşdirilir. Vətəndaşlar çox gözəl bilirlər ki, Prezidentin bu səfərlərindən əsas məqsəd görülən abadlıq və quruculuq işlərinin daha da sürətləndirilməsi, bunların xalqa təqdim edilməsidir. Prezidentin elə bir səfəri yoxdur ki, həmin bölgədə bir çox yeni mədəniyyət, səhiyyə müəssisəsi, məktəb, idman qurğusu və digər obyektlər istifadəyə verilməsin. Ölkə Prezidentinin özünün qeyd etdiyi kimi, son 10 ildə bölgələrdə 1200-dən çox obyektin açılışında şəxsən iştirak etmişdir. Təkcə 2013-cü ildə dövlət başçısı bəzilərində bir neçə dəfə olmaqla respublikanın 36 şəhər və rayonunda olmuş, 170-dən çox obyektin açılışında və təməlqoyma mərasimində iştirak etmişdir.

Respublika Prezidenti 2014-cü il fevralın 5-də keçirilən konfransda son 10 ildə iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkənin olmadığını, bunu rekord göstərici, analoqu olmayan inkişaf hesab etdiyini bir daha təsdiqləyərək göstərmişdir ki, Azərbaycanda iqtisadi islahatlar siyasi islahatlarla tamamlanır, bu iki istiqamət arasında uzlaşma vardır və bu baxımdan Azərbaycanın təcrübəsi başqa ölkələr üçün də maraqlıdır.

İndi Azərbaycan iqtisadiyyatı imkan verir ki, yaxın keçmişdə bizim üçün əlçatmaz görünən arzular da həyata keçsin, Azərbaycan müasir dünyanın tələblərinə cavab verən yüksək inkişaf etmiş bir dövlətə çevrilsin. Ölkə Prezidenti haqlı olaraq qeyd edir ki, "...görülən bütün işlərin təməlində güclü iqtisadiyyat dayanır. Güclü iqtisadiyyatı da biz yaratmışıq. Bütün bunlar ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə neft strategiyasının icrası nəticəsində mümkün olmuşdur".

Artıq respublikanın istər paytaxtında, istərsə də rayonlarında fasiləsiz qaz, su, enerji təminatı adi hala çevrilir. Bütün bölgələrdə kəndarası yollara asfalt döşənir, ucqar dağ kəndlərinə çəkilən geniş və rahat yolların, körpülərin sayı durmadan artır, insanlar əsl rahatlığın, əsl insani yaşayışın nə olduğunu gündəlik həyatlarında görür, hiss edirlər. Azərbaycanın zəngin təbii sərvətləri və coğrafi imkanları hesabına turizm şəbəkəsi gündən-günə inkişaf edir, respublikamızdan və xarici ölkələrdən olan daha çox sayda insanın ölkəmizdə istirahətinə şərait yaradılır.

Ölkə Prezidentini xalqa sevdirən ən mühüm cəhətlərdən biri də odur ki, o, heç vaxt problemlərdən yan keçmir, əksinə, onları öyrənir və həlli üçün cəsarətli, qəti tədbirlər görür, bunu hər bir dövlət məmurundan tələb edir. Dövlət başçısının mövqeyi qətidir: "Əsas məsələ ondan ibarətdir ki, bütün mövcud problemlər öz həllini tapmalıdır. Biz bu problemləri bilirik və öz işimizi yerlərdən gələn məlumatlar əsasında görürük. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, təhlükəsizliyi, rifahı və sağlamlığı dayanır. Biz insanların sağlamlığı, rifahı və təhlükəsizliyi üçün hər şeyi edirik və edəcəyik". Doğrudan da dövlət başçımızın dəfələrlə qeyd etdiyi kimi, "Azərbaycanda dövlət insanların maraqlarının keşiyindədir.

...Azərbaycan dövləti sosial dövlətdir, çünki siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır".

Bunun əyani sübutu olaraq təkcə son bir ildə həm paytaxtımız Bakı şəhərində, həm də respublikanın müxtəlif bölgələrində açılan, yaxud bünövrəsi qoyulan böyük sənaye obyektlərini, istifadəyə verilən elektrik stansiyalarını, körpüləri, məktəbləri, idman qurğularını, turizm mərkəzlərini göstərmək kifayətdir. Dövlət rəhbərinin qeyd etdiyi kimi, hər bir rayonun inkişafı ölkəmizin ümumi inkişafına bir töhfədir. Bu gün heç kəs şübhə etmir ki, ölkə Prezidentinin təsdiq etdiyi proqramlar əsasında həyata keçirilən infrastruktur layihələrinin icrası nəticəsində respublikamız üçün tam yeni bir dövr başlanacaqdır.

Azərbaycanın sürətli inkişafı respublika iqtisadiyyatına qoyulan xarici və daxili investisiyaların hesabına əldə olunub və qeyd etmək lazımdır ki, son 10 ildə Azərbaycan dövlətinin iqtisadiyyatına 160 milyard ABŞ dolları məbləğində investisiya qoyulub və bu investisiyaların həcmi məhz ölkədə yaradılmış potensial imkanlar hesabına ildən-ilə artmaqdadır. Ölkə rəhbərliyinin apardığı düzgün iqtisadi siyasət nəticəsində Azərbaycanın valyuta ehtiyatları ildən-ilə artaraq ötən ilin sonunda 50 milyard dollara yaxın olmuşdur. Bu, ümumi daxili məhsulun 70 faizini təşkil edir və Azərbaycanı dünya miqyasında həmin göstəriciyə görə ən yüksək yerlərə çıxarır.

Biz hamımız fəxr edirik ki, ölkədə əhalinin güzəranı gündən-günə yaxşılaşır, saysız-hesabsız yeni iş yerləri açılır, yoxsulluq səviyyəsi 5,3 faizə enmişdir və hazırda xarici dövlət borcumuz ÜDM-in cəmi 8 faizini təşkil edir. 2013-cü ildə ölkədə ÜDM 5,8 faiz artaraq 57,7 milyard manata, onun adambaşına düşən həcmi isə 6207,3 manata çatmışdır. Qeyri-neft sektoru 10 faiz artaraq ÜDM-in xüsusi çəkisində 53,5 faizdən 56,6 faizə çatmışdır. Azərbaycan Respublikası Prezidentinin qeyd etdiyi kimi, qazanılan bütün iqtisadi nailiyyətlər xalqın həyat səviyyəsini yüksəltmək üçün istifadə edilir. Ölkə Prezidenti bildirir ki, əməkhaqlarının və pensiyaların müntəzəm artırılması, yeni iş yerlərinin yaradılması, sosial layihələrin ardıcıl həyata keçirilməsi Azərbaycan xalqının rifahı naminə edilir. Dövlətimizin başçısı qətiyyətlə bəyan edir: "Siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayandığı üçün biz bunları edirik".

Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirilir.

"İnformasiya-kommunikasiya texnologiyaları ili" kimi tarixə düşmüş 2013-cü il Azərbaycanda həm də kosmik sənayenin yaranması ilidir. Hazırda dünyanın aparıcı ölkələri ilə yeni peyklərin buraxılması üçün işlər görülür.

Ölkə Prezidenti 2014-cü il yanvarın 9-da keçirilmiş iclasda 2013-cü ilin nailiyyətləri, Azərbaycanın seçkilər ilində əldə etdiyi uğurlar haqqında hərtərəfli məlumat vermiş, Azərbaycanın dünyadakı iqtisadi böhran fonunda sabit iqtisadi inkişafının nədən qaynaqlandığını dərindən təhlil etmiş, ölkənin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzun səbəblərini açıqlamış, həmçinin bundan sonrakı inkişaf perspektivlərini, ölkənin qarşısında duran məqsəd və vəzifələri konkret şərh etmişdir. Əsas diqqəti buna yönəltmişdir ki, 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmiş, Azərbaycanda böyük layihələrin icrası davam etdirilmiş və onun qarşısında çox geniş üfüqlər açan qlobal layihələrə imza atılmışdır.

Ötən ilin son günlərində Azərbaycan tarixində mühüm bir hadisə - "Şahdəniz-2" layihəsinin imzalanma mərasimi baş verdi. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bu layihə dünyanın ən iri enerji layihələrindən biridir və tarixi layihədir. 1994-cü ildə Ulu Öndərin rəhbərliyi ilə imzalanmış müqavilə "XX əsrin müqaviləsi" sayılırdısa, bu layihə də dünyada çox böyük rezonans doğurmuş, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "XXI əsrin müqaviləsi" adını qazanmışdır. "Şahdəniz-2" layihəsi Avropaya yeni qaz dəhlizi açacaqdır. Cənab Prezident böyük fərəhlə qeyd edir ki, "Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir".

Bu layihə Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərdəki mövqeyini daha da artırır. Təsadüfi deyildir ki, layihənin imzalanması mərasimində bir çox ölkələrin rəhbərləri, eləcə də Avropa İttifaqının nümayəndələri iştirak edirdilər.

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq qeyd edir ki, Türkiyəyə 6 milyard, Avropaya isə 10 milyard kubmetr qaz nəqlinə imkan verən bu yeni boru kəməri Avropa ölkələri tərəfindən böyük maraqla qarşılanır. Onun dediklərini Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin bu sözləri də təsdiq edir: "Yaxın keçmişdə bəziləri bu layihəni mümkünsüz layihə adlandırmışdılar, lakin ilk dəfə deyildir ki, bu regionda mümkünsüz hesab edilən layihələr tərəfdaşların əməkdaşlığı nəticəsində uğurla başa çatdırılır". Təbiidir ki, bu məsələlərin uğurlu həlli, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş xarici siyasətinin nəticəsidir.

Açıq demək lazımdır. Bu layihələrin ətrafında uzun illər danışıqlar getsə də, onların reallaşması Azərbaycan Prezidentinin, sözün həqiqi mənasında, cəsarətli və prinsipial, uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur.

Azərbaycanın yüksək reytinqini dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları da öz hesabatlarında müntəzəm olaraq təsdiq edirlər. Dünya İqtisadi Forumunun hazırladığı "Qlobal Rəqabətlilik 2013-2014-cü illər hesabatı"nda Azərbaycanın keçənilki 46-cı yerdən 39-cu yerə yüksəlməsi bunu bir daha sübut edir. Həmin hesabatda ölkəmiz Şərqi Avropada, MDB məkanında və Cənubi Qafqazda 1-ci, müsəlman ölkələri arasında isə 5-ci yerdədir.

Ölkəmizin iqtisadi inkişaf sahəsində qazandığı uğurları indi çoxları etiraf edirlər: ABŞ-ın "Heritage" Fondu və "Wall Street Journal" qəzetinin birgə hazırladıqları "İqtisadi Azadlıq İndeksi-2014" adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla, dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olmuşdur. Əvvəlki illə müqayisədə Azərbaycan 6 pillə irəliləmiş və iqtisadi azadlıq indeksini 1,6 xal yaxşılaşdırmışdır.

42 Asiya-Sakit Okean ölkəsi arasında 13-cü yeri tutan, orta xalı orta regional və qlobal göstəricilərdən daha yüksək olan Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə Hindistan, İtaliya, Xorvatiya, Serbiya, Yunanıstan, Rusiya, Ukrayna kimi ölkələri qabaqlamışdır.

BMT-nin İnkişaf Proqramının "İnsan inkişafı indeksi"nə əsasən, Azərbaycan yüksək inkişaf ölkələri qrupuna daxil edilmişdir. Sevindirici haldır ki, dünyanın bir çox aparıcı beyin mərkəzləri Azərbaycanın əldə etdiyi uğurları dərindən təhlil edir, onu öz ölkələrində və başqa ölkələrdə təbliğ edirlər. Bu baxımdan Polşanın tanınmış beyin mərkəzi MİSO (Beynəlxalq Vətəndaş Cəmiyyəti İnstitutu) Azərbaycan siyasi modelini şərh edərkən Azərbaycanda icra olunan proqramların müxtəlif sahələrə aid islahat paketlərinin sinxronlaşdırılması, xarici dövlətlərin müsbət təcrübəsinin nəzərə alınması kimi səciyyələndirir.

Dünyanın ünlü siyasətçilərinin, tanınmış politoloq və sosioloqlarının, ekspertlərinin diqqət mərkəzində duran Azərbaycan haqqında bəzən qərəzli, ziddiyyətli fikirlər söylənilməsinə baxmayaraq, hamı danılmaz faktları etiraf etməyə məcburdur.

Azərbaycanın nailiyyətləri ölkəmizin rəhbəri İlham Əliyevin bir sıra nüfuzlu beynəlxalq nominasiyalara layiq görülməsinə səbəb olur. Keçən il dövlətimizin başçısı Böyük Britaniyanın "The Business Year" jurnalı, "Dodspods poblinq" sorğu təşkilatı, Filippində nəşr olunan və Asiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları və dövlət başçılarının fəaliyyətini əks etdirən "BizNewsAsia" jurnalı tərəfindən "İlin adamı" elan olunmuş, Türkiyənin "Ekovitrin" jurnalının keçirdiyi rəy sorğusuna görə türk dövlətlərində, Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı", Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun keçirdiyi sorğuya görə isə "İlin dövlət başçısı" seçilmişdir.

2013-cü il ərzində ən müxtəlif mətbuat orqanlarının, beynəlxalq reytinq təşkilatlarının keçirdikləri sorğu və müsabiqələrin nəticələri təhlil edilsə, Prezident İlham Əliyevin qalib hesab edildiyi bir çox nominasiyanın adını çəkmək olar.

Ötən il Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti uğurla başa çatmışdır. Azərbaycanın bu üzvlük dövründəki fəaliyyəti beynəlxalq aləmdə müsbət qiymətləndirilmiş və Azərbaycana aid qaldırılan bəzi əsassız, o cümlədən siyasi məhbuslarla əlaqədar uydurma iddialar əksər dövlətlərin nümayəndələri tərəfindən rədd edilmişdir. Keçən il Azərbaycanla Avropa İttifaqı ölkələrinin əlaqələri daha da gücləndirilmişdir. Avropa İttifaqı ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi barədə sazişin imzalanması buna əyani sübutdur.

Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən III Beynəlxalq Humanitar Forum, İkinci Mədəniyyətlərarası Dialoq Forumu, Davos Forumunun Bakı toplantısı geniş əks-səda doğurmuşdur və bütün bu tədbirlər Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirmişdir.

Həyata keçirilən bu tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələn və dünyanın siyasət, iqtisadiyyat, elm, mədəniyyət və incəsənət elitasını təmsil edən qonaqlar ölkəmizlə tanış olur və vətənimizdən çox gözəl təəssüratla ayrılırlar. Bu da Azərbaycanın dünya miqyasında daha yaxşı imicinin formalaşmasında öz müsbət rolunu oynayır.

Bu mənada hər bir addımı, hər bir hərəkəti, Azərbaycan naminə qəbul etdiyi hər bir qərarı ölkəmizə böyük hörmət qazandıran Prezident İlham Əliyevin, respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın gördükləri işlər xüsusilə qeyd olunmalıdır.

Azərbaycan adının harada, hansı tribunada, hansı qəzet səhifəsində çəkilməsindən, yazılmasından asılı olmayaraq, bu, bizim diqqətimizi mütləq cəlb edir. Vətənimizin, xalqımızın, dövlətimizin adı yaxşı mənada çəkildikdə nə qədər qürur duyuruqsa, bizə qara yaxılanda, qərəzlə üzləşəndə istər-istəməz heyfsilənir və təəssüf hissi keçiririk. Həmişə qürur hissi keçirmək üçünsə ölkə Prezidentindən nümunə götürməklə dünyanın harasında yaşamasından, hansı sahədə, hansı vəzifədə işləməsindən asılı olmayaraq, hər bir azərbaycanlının və özünü bu dövlətin, bu xalqın, bu millətin bir zərrəsi hesab edən hər bir insanın fədakarlığı çox vacibdir. Burada əsas meyar Vətənin, xalqın maraqlarını şəxsi maraqlardan və mənafelərdən üstün tutmaqdır.

Xalq məhəbbətinin güzgüsü olan minnətdarlıq məktubları,
yaxud bələdçisiz görünən dağ

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olan müraciətlər də cənab Prezidentin gördüyü işlərin əhəmiyyətini və xalqın bu işlərə yüksək qiymət verdiyini, öz Prezidentinə inandığını bir daha təsdiq edir. 2013-cü ildə dövlətimizin başçısının ünvanına ölkə vətəndaşlarından, həmçinin xarici ölkələrdən Azərbaycanın sürətli inkişafına nail olduğuna, onun beynəlxalq nüfuzunu və iqtisadi potensialını artırdığına, əhalinin böyük etimadını qazandığına görə minlərlə minnətdarlıq məktubu daxil olmuşdur.
2013-cü ildə Azərbaycanda və bir çox xarici ölkələrdə ulu öndərimiz Heydər Əliyevin və görkəmli alim Zərifə xanım Əliyevanın anadan olmalarının 90 illik yubileyləri qeyd olunduğu kimi, vətəndaş müraciətlərində də onların əziz xatirəsi hörmətlə yad edilmişdir. Zərdab rayonundan Ataş Abdullayev yazır:

"Cənab Prezident, atalar yaxşı demişdir ki, ot kökü üstə bitər. Axı, Siz ulu öndər Heydər Əliyev işinin davamçısısınız. Heydər Əliyev Azərbaycan üçün, Azərbaycan xalqı üçün yaşayıb yaratmışdır. Ananız Zərifə xanım şəfqətli əlləri ilə insanların gözlərinə dünya işığı verən humanist bir həkim olmuşdur. Bax, Siz və Sizin ailəniz bu köklərdən qüvvət alıb bəhrələnmisiniz. Cənab Prezident, mən dünyada elə bir dövlət başçısı, elə bir Prezident tanımıram ki, Sizin ailənizin üzvləri kimi öz ölkəsinin siyasi və sosial-iqtisadi inkişafında öz Prezidentinə bu qədər yaxından kömək etmiş olsun". Göstərmək lazımdır ki, daxil olan minnətdarlıq məktublarında ölkə Prezidentinin misilsiz işləri qeyd edilərkən, ulu öndərimiz Heydər Əliyevin müdrik, humanist, xilaskar siyasətini uğurla davam etdirməsi xüsusilə vurğulanır.

Dövlətimizin başçısının bütün fəaliyyəti Azərbaycanın ən müasir, inkişaf etmiş bir dövlətə çevrilməsinə, Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Bu sahədə görülən işlərin, qazanılan nailiyyətlərin heç biri vətəndaşların gözündən yayınmır və onlar tərəfindən yüksək qiymətləndirilir. Nərimanov rayonundan Ramil Namazov yazır: "Hörmətli cənab Prezident! Sizin rəhbərliyiniz altında son 10 ildə möhtəşəm inkişaf yolu keçmiş Azərbaycan öz dövlətçiliyini inkişaf etdirmiş, siyasi və iqtisadi müstəqilliyini daha da möhkəmləndirmişdir. Məhz Sizin sayənizdə dünyada sürətli iqtisadi inkişaf dinamikası nümayiş etdirən, liberal prinsiplərə əsaslanmış iqtisadi model yaradan Azərbaycanın bu dövrdə həm regional, həm də qlobal miqyasda nüfuzu yüksəlmiş, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır. Beləliklə də, ulu öndər Heydər Əliyevin ideyaları həyata keçmişdir".

Minnətdarlıq məktublarının böyük bir qismində 2013-cü ildə ölkəmizin həyatında baş vermiş əlamətdar hadisələrlə bağlı vətəndaşlarımızın keçirdikləri böyük sevinc və iftixar hissləri ifadə edilmişdir. Belə hadisələrdən biri ötən il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasıdır. Bu prosesi Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən izləyən ölkə Prezidenti bütün Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik etdi. Eyni zamanda, vətəndaşlar da bu böyük uğur münasibətilə cənab Prezidentə çoxsaylı təbrik və minnətdarlıq məktubları göndərdilər. Peykin buraxıldığı ilk dəqiqələrdə Səbail rayonundan Faiq Qurbanov ölkə Prezidentinə müraciət edərək, Azərbaycanın sürətli, hərtərəfli inkişaf etməsi və artıq dünyanın kosmik dövlətlər ailəsinə üzv olması ilə fəxr etdiyini bildirmişdir. Bu məzmunda müraciətlər respublikamızın əksər şəhər və rayonlarından, həmçinin xarici ölkələrdən və Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələrindən də daxil olmuşdur. Bunlardan birinin müəllifi Sumqayıt şəhər sakini Cümşüd İsmiyev yazır: "Fevralın 8-i ölkəmizin həyatına çox əlamətdar və tarixi bir gün kimi daxil olmuşdur. Azərbaycan ilk kosmik peykini orbitə buraxmaqla kosmik dünyanın üzvünə çevrilmiş və inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu, doğrudan da tarixi hadisədir, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Öz peykinə sahib olmaq heç də hər dövlətə, hər millətə nəsib olmur. Lakin Azərbaycan belə bir tarixi nailiyyətə imza atdı".

2013-cü ildə Azərbaycanın böyük tarixi uğurlarından biri də, dediyimiz kimi, "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanmasıdır. "Şahdəniz-2" layihəsinin ölkəmizin inkişafında, xalqımızın rifahının təmin edilməsində müstəsna rolunu qeyd edən respublika Prezidenti onun nəticələrindən yalnız xalqımızın rifahı naminə istifadə ediləcəyini bildirərək, Azərbaycanı etibarlı tərəfdaş, layiqli dövlət, güclü iqtisadiyyatı olan bir respublika kimi səciyyələndirmişdir. Bakı, Lənkəran, Mingəçevir, Şirvan, Abşeron, Ağdam, Göyçay, Xaçmaz, Xocavənd, İsmayıllı, Qusar, Şabran, Ucar, həmçinin digər şəhər və rayonlardan daxil olan müraciətlərdə dövlətimizin başçısına bu layihənin həyata keçirilməsi üçün göstərdiyi qətiyyətə görə minnətdarlıq bildirilir. Şirvan şəhərinin sakini Zaur Mirzəyevin müraciətində deyilir: "Hörmətli Prezident, Sizin başçılığınızla Azərbaycan dünyada söz sahibinə çevrilmişdir. "Əsrin müqaviləsi"nin davamı olan "Şahdəniz-2" layihəsi Azərbaycanın qüdrətini bir daha sübut etdi. Artıq Azərbaycan heç bir dövlətdən asılı olmayaraq, Sizin sayənizdə öz müstəqil siyasətini yürüdür".

Vətəndaşların bir çox minnətdarlıq məktubları hazırda respublikada kənd yollarının tikintisinə, kəndarası yolların abadlaşdırılmasına göstərilən diqqətlə əlaqədardır. 2013-cü ildə ölkə Prezidentinin 60-dək sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan, həmçinin dövlət büdcəsindən kəndarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün 175 milyon manata yaxın vəsait ayrılmışdır. Ölkə Prezidentinin 2013-cü il iyulun 18-də Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, "...son illər ərzində kənd yollarının tikintisinə böyük vəsait ayrılmışdır. Kəndlərdə yaşayan yüz minlərlə insan bu vəsait hesabına yeni imkanlara malik oldu. Çünki yol həyat, inkişaf, rahatlıq deməkdir. Kənd yollarının tikintisi sırf sosial xarakter daşıyır və biz elə etməliyik ki, növbəti illərdə bütün kənd yollarını normal vəziyyətə gətirə bilək". Ümumiyyətlə, dövlət başçımızın keçirdiyi elə bir müşavirə, konfrans, iclas yoxdur ki, orada bu məsələyə toxunmasın və 2014-cü il fevralın 5-də keçirilən konfransda da bütün kəndlərimizdə asfalt yolların, yaxşı yolların olacağını xüsusi vurğulamışdır.

Ölkə Prezidentinin yol tikintisi ilə əlaqədar verdiyi sərəncamlar vətəndaşlar tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanır. Oğuz rayonunun Sincan kənd sakini Əlimirzə Zahidov və başqaları yazırlar: "Bu gün kəndimizdə əsl bayram əhval-ruhiyyəsi yaşanılır. Siz bizə böyük sevinc və fərəh bəxş etmisiniz. Kəndimizin sakinləri yeni avtomobil yolunun tikintisi barədə imzaladığınız sərəncamı iqtisadi yüksəlişə, sosial tərəqqiyə, abadlığa göstərilən qayğı kimi qiymətləndirirlər... Biz inanırıq ki, Azərbaycan xalqının tərəqqisi üçün gördüyünüz işlər bizi daha xoşbəxt günlərə aparacaqdır". İsmayıllı rayonundan İnqilab Həsənov və Fərman Bəşirov isə yol tikintisi ilə bağlı görülən işlərin təkcə əhalinin gediş-gəlişi üçün deyil, rayonun inkişafı üçün xüsusi əhəmiyyətini qeyd edirlər: "Respublikamızın bütün bölgələri kimi, İsmayıllı rayonu da durmadan inkişaf edir. Bildiyiniz kimi, rayonumuz böyük turizm potensialına malik bölgədir. Yol infrastrukturunun bərpası turizmin inkişafına təkan verəcəkdir".

Bu mövzuda müraciətlər Abşeron rayonunun Qobu, Gədəbəy rayonunun Çaldaş, Novosaratovka, Kiçik Qaramurad, Goranboy rayonunun Fəxralı, Həmənli, Qaramusalı, Səfikürd, Şəfəq, Zeyvə, Hacıqabul rayonunun Udulu, Xaçmaz rayonunun Xanoba, Mollabürhanlı, Yalama, Quba rayonunun Qonaqkənd, Xanəgah, Rustov, Masallı rayonunun Yeddioymaq, Sərçuvar, Saatlı rayonunun Qarayevkənd, Sabirabad rayonunun Bala Həşimxanlı, Moranlı, Siyəzən rayonunun Məşrif, Tərtər rayonunun Təzəkənd, Cəmilli, Dəmirçilər, Tovuz rayonunun Qəribli, Yardımlı rayonunun Astanlı, Bərcan, Çanaxbulaq, Pirembel, Şəfəqli qəsəbə və kəndlərində, digər şəhər və rayonlarda yaşayan sakinlər tərəfindən göndərilmişdir.

Ölkə Prezidenti 2013-cü ildə yol tikintisi ilə yanaşı, digər abadlıq və quruculuq işlərinin görülməsi, o cümlədən Mingəçevir, Naftalan, Biləsuvar, Qobustan, Quba və Şəmkirdə xəstəxanaların tikintisi və yenidən qurulması, Yevlaxda olimpiya kompleksinin tikintisi, Bakı, Gəncə və Sumqayıt şəhərlərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, Bakıda Dənizkənarı Bulvarda yenidənqurma işlərinin aparılması və sair işlər üçün də vəsait ayrılması barədə sərəncamlar vermiş və həmin sərəncamlarla əlaqədar olaraq Prezident Administrasiyasına çoxsaylı minnətdarlıq məktubları daxil olmuşdur.

Geniş tikinti və quruculuq işləri Bakı şəhərində daha böyük vüsət almışdır.

Bakının bütün rayonlarından olan sakinlər öz müraciətlərində yaşadıqları məhəllələrin, binaların abadlaşdırılmasından, onlar üçün rahat şərait yaradılmasından razılıq edirlər. Pirallahı rayon sakini Zöhrab Əliyev yazır:

"Yenicə rayon statusu almış Pirallahıda Sizin diqqətiniz və qayğınız sayəsində geniş tikinti-quruculuq və abadlıq işləri aparılır, yaşıllıqlar salınır.

İndi sakinlər burada yaşamaqdan böyük məmnunluq duyurlar. Bütün bunlar onların Sizə inamını daha da artırır".

Qeyd etmək lazımdır ki, şəhərimizdə yeni tikintilərin yaradılması ilə yanaşı, tarixi abidələrin qorunmasına da çox ciddi diqqət yetirilir. 2013-cü il dekabrın 23-də Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin dediyi kimi, "biz burada həm tarixi saxlamaqla, memarlıq abidələrini bərpa etmək, eyni zamanda, müasir infrastrukturun yaradılması, yeni binaların tikilməsi istiqamətində də çox düzgün siyasət aparmışıq ki, müasirliklə qədim tarix burada - Bakıda ziddiyyət təşkil etmir, əksinə bir-birini tamamlayır".

Dövlət başçısının Azərbaycan tarixinə, mədəniyyətinə və incəsənətinə göstərdiyi diqqət və qayğını vətəndaşlar öz müraciətlərində böyük minnətdarlıq hissi ilə qeyd edirlər. Ən qədim şəhərlərimizdən olan Gəncədə ölkə Prezidentinin sərəncamları əsasında "İmamzadə" kompleksinin təmiri, bərpası, onun ətrafında abadlaşdırma işlərinin aparılması, şəhərin sakinləri Fuad Əliyev, Şahnaz Həşimova və başqalarının məktublarından göründüyü kimi, əhalinin böyük sevincinə səbəb olmuşdur. Bərdə rayonu ərazisində həmin regionun sakinlərinin ziyarətgah yeri olan Miryusif Ağa ocağında təmir işlərinin aparılmasına, yeni minarənin tikilməsinə görə təşəkkür edən Samux rayon sakini Hamil Quliyev ziyarətgaha gələnlərin hamısının ölkə Prezidentinə minnətdar olduqlarını yazır. Şamaxı rayonundakı qədim Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilməsi nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da geniş rezonans doğurmuş, bununla əlaqədar çoxsaylı təşəkkür məktubları daxil olmuşdur.

2013-cü ildə Azərbaycanda Milli Teatr Gününün təsis edilməsi, peşəkar milli teatrın yaranmasının 140 illiyinin keçirilməsi ilə bağlı ölkə Prezidentinə Bakı və Sumqayıt şəhərlərindən xalq artistləri Böyükxanım Əliyeva, Firəngiz Mütəllimova, Zemfira Nərimanova, Məzahir Süleymanov və başqaları ilə yanaşı, respublikanın bir çox şəhər və rayonlarından olan sənətsevərlər də minnətdarlıq məktubları göndərmişlər. İl ərzində Məhəmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Firudin bəy Köçərli, Mirəsədulla Mirqasımov, Kamran Hüseynov, Əli İbrahimov, Məhsəti Gəncəvi, Ənvər Məmmədxanlı, Məmməd Araz, Nigar Rəfibəyli, İslam Səfərli, Hökümə Qurbanova, Əliağa Ağayev, Rasim Ocaqov və başqa görkəmli şəxsiyyətlərimizin yubileylərinin keçirilməsi barədə verilən sərəncamlara görə də yüzlərlə minnətdarlıq məktubu daxil olmuşdur.

Nəsimi rayonundan Ramiz Aşurlu və başqaları ötən ilin əvvəlində Azərbaycanın "Əməkdar Elm Xadimi", tarix elmləri doktoru, "Şöhrət" ordenli Sara Aşurbəylinin vaxtilə yaşadığı binanın abadlaşdırılmasına görə cənab Prezidentə öz təşəkkürlərini bildirirdilərsə, ilin sonunda həmin nəslin nümayəndələri Zemfira və Kamal Aşurbəylilər cənab Prezidentin tövsiyəsi ilə Təzəpir məscidinin yerləşdiyi Mustafa Sübhi küçəsinin adının dəyişdirilərək, Nabat xanım Aşurbəyova küçəsi adlandırılması münasibətilə dövlətimizin başçısına daha bir minnətdarlıq məktubu göndərmişlər. Onlar yazırlar: "Əziz və gənc Prezidentimiz! Ulu öndərimiz Heydər Əliyevin yolu ilə gedərək, ulu nənəmiz Nabat Aşurbəyovanın xatirəsini yad edib qiymətləndirdiyiniz üçün nəslimiz adından minnətdarlığımızı bildiririk".

Bir çox minnətdarlıq məktublarında isə Azərbaycan ziyalıları, sadə vətəndaşlar, dünyanın bütün guşələrinə səpələnmiş soydaşlarımız xalqımızın mənəvi yadigarı olan muğam və aşıq sənətimizin, qədim tarix və monumental abidələrimizin qorunmasında və bəşəriyyətə tanıdılmasında göstərdiyi xidmətlərə görə Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirməyi özlərinə borc bilirlər.

Azərbaycanda idmanın inkişafı da dövlət başçısının daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Çünki idman nailiyyətləri ölkənin ümumi inkişaf səviyyəsini, əslində onun sivillilik dərəcəsini əks etdirir. Ölkə Prezidentinin böyük iftixarla qeyd etdiyi kimi, təkcə 2013-cü ildə Azərbaycan idmançıları 780-dən çox medal qazanmışlar. Onlardan 280-i qızıl medaldır. Artıq Azərbaycanın idman ölkəsi olduğunu dünyanın idman aləmi etiraf edir və Azərbaycanda keçirilən beynəlxalq yarışlarda bütün ölkələr məmnuniyyətlə iştirak edirlər.

Respublikanın regionlarında istifadəyə verilmiş 41 olimpiya mərkəzi fəaliyyət göstərir. Onların sayı yaxın vaxtlarda 50-yə çatacaqdır. Hazırda şəhərimiz 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarına hazırlaşır. Bu məqsədlə Bakı şəhərində 65 minlik Olimpiya stadionu, Su İdman Növləri Sarayı, Gimnastika Mərkəzi, Stend Atıcılıq Mərkəzi tikilməkdədir.

Azərbaycan Prezidentinin qəti inamı belədir ki, ölkəmiz həm I Avropa Oyunlarını, həm də ondan sonra 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarını layiqincə təşkil edəcək, bu oyunlar həm Avropanı, həm də İslam aləmini bir-birinə daha da yaxınlaşdıracaqdır. Cənab Prezident deyir: "Biz bu məsuliyyəti öz üzərimizə götürmüşük. Dünyanı, qitələri, xalqları, sivilizasiyaları birləşdirən ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə mövcud olan xoş əhval-ruhiyyə, xoş niyyət, dözümlülük, mehribanlıq bu gün artıq dünya ictimaiyyəti tərəfindən təqdirlə qeyd edilir".

İdmanın inkişafına göstərilən diqqət vətəndaşların, xüsusilə gənclərin ürəyindən xəbər verir, bu sahədə qazanılan nailiyyətlər onlarda böyük iftixar hissi yaradır. 2013-cü il iyulun 19-da Xaçmaz Olimpiya İdman Kompleksinin açılışı mərasimində rayon sakini Nəriman Babayev bunu belə ifadə etmişdir: "Cənab Prezident, Siz respublikamızda idmanın kütləviliyini təmin edirsiniz. Bununla da ölkədə tam sağlam nəsil formalaşdırırsınız. İndi elə bir rayon, elə bir şəhərimiz yoxdur ki, orada Olimpiya mərkəzi, yaxud idman kompleksi olmasın... İndi biz səbirsizliklə 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını gözləyirik. Bu oyunların ölkəmizdə keçirilməsi Sizin əməyinizin nəticəsidir. Bu oyunlar ölkəmizin tarixində böyük hadisədir, böyük uğurdur".

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olan minnətdarlıq məktublarının bir hissəsi vətəndaşların əvvəlki müraciətlərində qaldırılan məsələlərin müsbət həlli ilə bağlıdır.

Bu müraciətlərdə vətəndaşlar məişət məsələləri ilə yanaşı, yaşadıqları kənd və qəsəbənin, yaxud məhəllənin problemlərinin həllindən söhbət açır, buna görə dövlət başçısına minnətdarlıq ifadə edirlər. Belə nümunələr çox olsa da onlardan bəzilərini qeyd etmək yerinə düşərdi. Məsələn, Gəncə şəhəri "Azərbaycan Əsgəri" küçəsinin sakinləri su və digər problemlərinin qısa müddətdə həll edilməsinə, Astara rayonundan Bəhruz Babayev yaşadığı Əhəd Muxtarov küçəsində elektrik dirəklərinin və xətlərinin yeniləşdirilməsinə, Kürdəmir rayonunun Qarabucaq kənd sakini Vaqif Abdullayev qrunt sularının axıdılması sisteminin bərpa olunmasına, küçələrin işıqlandırılmasının təşkil edilməsinə, Sabunçu rayonu Maştağa qəsəbə sakini Günay Musayeva qəsəbədə yerləşən 109 saylı uşaq bağçasının əsaslı təmir edilərək istifadəyə verilməsinə görə öz minnətdarlıqlarını bildirirlər.

Bəzi vətəndaşlar əvvəlki müraciətlərindən sonra mənzil, kommunal və torpaq problemlərinin həll edildiyini bildirirlər. Hacıqabul rayonundan şəhid ailəsinin üzvü Solmaz Həşimova yazır: "Hörmətli cənab Prezident! Mənim həyat yoldaşım Əbülfəz Həşimov torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Hazırda şəhərimizin bir küçəsi onun adını daşıyır. Şəhid ailələrinə yüksək qayğı göstərdiyinizə əmin olduğum üçün ailəmizin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Sizə müraciət etdim. Müraciətimə qısa müddətdə cavab aldım, bizə yeni mənzil verildi. Bütün bunlara görə Sizə minnətdarıq. Bir daha əmin olduq ki, Siz hər bir vətəndaşın Prezidentisiniz. Tanrı Sizi qorusun!"

Əvvəlki müraciətlərindən sonra yeni mənzillə təmin edildiklərinə görə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun həyat yoldaşı, Xətai rayon sakini Gülxanım Aznaurova, Nərimanov rayonundan Yeganə Qasımova, Bakı şəhəri Nizami rayonundan Araz Əhmədov, Sumqayıt şəhərindən II qrup əlil Çiçək Abdullayeva, Lerik rayonundan Pənah Bayramov, Şəmkir rayonundan Vəsilə Əmiraslanova və başqaları da ölkə Prezidentinə minnətdarlıq bildirmişlər. Şirvan şəhərindən Bəxtiyar Ağayev evinin, Nəsimi rayon sakini Oleq Silyayev Buzovna qəsəbəsində ona məxsus tikintinin, Laçın rayonundan məcburi köçkün Sahil Allahverdiyev Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində icarəyə götürdüyü torpaq sahəsinin sənədləşdirilməsi, Səbail rayonundan Fatma Hüseynzadə 20-ci sahədə olan mənzilinə qısa müddətdə qaz çəkilməsi barədə etdikləri müraciətlərinə baxılaraq lazımi tədbirlər görülməsinə görə öz minnətdarlıqlarını ifadə etmişlər. Lənkəran şəhərindən Mayis Quliyev, Ağcabədi rayonundan Güllü Abdullayeva, Ağsu rayonundan Nailə Mehdiyeva, Bərdə rayonundan Həsən Hüseynov və bir çox başqaları isə münasib işlə təmin olunmaları barədə müraciətlərinin müsbət həllinə görə təşəkkür edirlər.

Suraxanı rayon sakini Əli Əliyev oğlunun xəstəliyi ilə əlaqədar müraciətindən sonra cərrahiyyə əməliyyatı aparılmasına göstərilən köməyə görə öz ailə üzvləri adından təşəkkür edir, bu qayğı və diqqəti heç vaxt unutmayacağını yazır.

Azərbaycan Respublikası Prezidentinin ölkə vətəndaşlarına sonsuz qayğı və diqqətini 2013-cü ilin iyul ayında Nabrandakı istirahət mərkəzində baş vermiş faciəli hadisə zamanı xəsarət almış azyaşlı İmran Cəfərzadənin müalicəsi üçün gördüyü təcili tədbirlər bir daha sübut etdi. Bu, dünyada misli görünməmiş bir qayğı nümunəsidir. İmran Cəfərzadənin Almaniyanın ən yaxşı klinikalarından birinə dövlət hesabına müalicəyə göndərilməsi, hətta onun üçün xüsusi təyyarə çağırılması Azərbaycan vətəndaşlarının qəlbini riqqətə gətirmişdi. Bununla əlaqədar ölkəmizin bütün guşələrindən saysız-hesabsız minnətdarlıq məktubları daxil olmuşdur. Məsələn, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Daşarx kəndinin sakini Nərmin İbrahimova bu nəcib və xeyirxah əmələ görə dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edir, ölkəmizə belə bir müdrik siyasi xadimin rəhbərlik etməsindən qürur duyduğunu bildirir. Kəlbəcər rayonundan məcburi köçkün Vəfa Bayramova isə yazır: "Mən məcburi köçkün kimi həmişə hiss etmişəm ki, Siz darda qalan insanlara lazımi kömək göstərirsiniz. İmran Cəfərzadənin başına gələn hadisəni eşidəndə çox təsirləndim. Amma inanırdım ki, Siz çətin vəziyyətə düşmüş bu ailəyə kömək edəcəksiniz".

Ölkə Prezidentinin bu humanist addımı təkcə Azərbaycan vətəndaşlarını deyil, İ.Cəfərzadəni müalicəyə aparmaq üçün gələn alman tibb işçilərini də heyrətə gətirmiş, həmçinin bir sıra xarici ölkələrdə əks-səda doğurmuşdu.

Tallinn şəhərindən Tural Şirinovun məktubu da bu sözlərlə başlayır: "Bu məktubu Sizə Estoniyadan yazıram. Sizin kömək göstərdiyiniz İmran Cəfərzadənin müalicəsini öz nəzarətinizə götürdüyünüzə görə təkcə bu uşağın ailəsi adından deyil, Sizi dəstəkləyən, Sizinlə fəxr edən bütün insanlar adından Sizə təşəkkür etmək istəyirəm". Vətəndaşlarımız İmran Cəfərzadə ilə yanaşı, jurnalist Nicat Dağların Almaniyaya, daha bir neçə ziyalımızın xaricdə müalicəyə göndərilməsini də rəğbətlə qarşılamışlar.

Bir çox müraciətlərdə isə ölkə Prezidentinin vaxtaşırı keçirdiyi müşavirələrdə dövlət qurumlarına və vəzifəli şəxslərə vətəndaşların əsaslı xahiş və tələblərini yerinə yetirmək barədə ciddi tapşırıqlar verməsi rəğbətlə qarşılanır və təqdir olunur. Ölkə rəhbərinin diqqət və qayğısını bir daha hiss edən vətəndaşlar bu müraciətlərində öz problemlərinin həllini xahiş etməklə yanaşı, daim xalqın mənafeyini müdafiə etdiyinə görə ona dərin minnətdarlıqlarını bildirirlər.

2013-cü il fevralın 12-də regionların inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında bir daha vətəndaşların müraciətləri məsələsinə qayıdan ölkə Prezidenti onların xahiş və tələblərinə, maraqlarına laqeyd yanaşan, sahibkarlara qarşı qanunsuz tələblər irəli sürən dövlət qurumlarına və məmurlara ciddi xəbərdarlıq etmişdir. Dövlət başçısının bu çıxışına görə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları daxil olmuşdur. Onlardan biri, Nəsimi rayon sakini Mirələm Mirzəyev yazır: "2013-cü il fevralın 12-də keçirilən konfransdakı çıxışınızda vətəndaşlara hər yerdə hörmət edilməsini, kömək göstərilməsini dövlət qurumlarının əsas vəzifəsi kimi qarşıya qoymağınız, bunu yerinə yetirməyən məmurlara ciddi xəbərdarlıq etməyiniz hamımızın ürəyincə oldu.

Siz həmişə xalq üçün, onun daha yaxşı yaşaması üçün yorulmadan çalışırsınız. Bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk".

Bu mövzuda minnətdarlıq məktubları Lənkəran, Ağcabədi, Ağsu, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Xəzər, İsmayıllı, Qaradağ, Qəbələ, Quba, Qubadlı, Masallı, Salyan, Siyəzən, Şabran, Tovuz, Yasamal şəhər və rayonlarından da daxil olmuşdur.

Minnətdarlıq məktublarının arasında kollektiv müraciətlər də az deyildir.

Bakıdan, Sumqayıtdan, Ağdaşdan, Beyləqandan, Füzulidən, İsmayıllıdan, Laçından, digər şəhər və rayonlardan Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri və məcburi köçkünlər onlara diqqət və qayğı göstərilməsi, Gəncədə, Ağcabədidə, Bakı şəhərinin Qaradağ rayonunda salınmış yeni şəhərciklərdə yüzlərlə ailənin mənzillə təmin edilməsi, Gəncə şəhərinin Poçt, Yeni Gəncə qəsəbələrinin, Astara rayonunun Ərçivan, Cəlilabad rayonunun Hacıismayıllı, Salyan rayonunun Şorsulu kəndlərinin sakinləri yaşadıqları qəsəbə və kəndlərdə abadlıq işlərinin aparılması, müasir infrastrukturun yaradılması, Zaqatala rayonunun Kürdəmir kəndinin sakinləri məktəb binasının tikilməsi, Qax rayonunun Qarabaldır, Qazax rayonunun Kosalar kəndlərinin sakinləri artezian quyusunun qazılmasına görə təşəkkür edirlər.

Minnətdarlıq məktubları ölkəmizdə aparılan böyük abadlıq və quruculuq işlərinə, ölkənin tərəqqisinə, xalqın güzəranına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə vətəndaşların səmimi hisslərini ifadə etməklə yanaşı, həyata keçirilən müdrik daxili və xarici siyasətə onların dəstəyini nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev Böyük Britaniyanın "The Business Year" jurnalına müsahibəsində demişdir: "Bizim həyata keçirdiyimiz siyasətin əsasında insan amili, vətəndaşlarımızın rifahı məsələsi dayanır. Bütün addımlarımız, gördüyümüz işlər Azərbaycan xalqının maraqlarına xidmət edir. Təbii ki, xalqımızın etimadı, dəstəyi olmasaydı, biz bu nəhəng planları həyata keçirə bilməzdik".

Ölkə Prezidentinə xalqın böyük dəstəyini Binəqədi rayonunun sakini Etibar Əmənov belə ifadə edir: "Bu məktubu yazmaqla Sizə dəstək olduğumu bildirmək istəyirəm. Bütün dünyada baş verənləri gördükcə ölkəmizdəki sabitlik, inkişaf, güc, qüdrət məni çox sevindirir, həm də heyrətləndirir. Buna görə qəlbimdəki sözlərimi olduğu kimi Sizə çatdırmağı özümə borc bildim.

Hər şey göz qabağındadır - abadlaşan şəhərlərimiz, qazanılan nailiyyətlər, güclənən ordumuz, peykimizin orbitə buraxılması, xalqımızın rifahının gündən-günə yaxşılaşması xalqını, ölkəsini sevən hər bir vətəndaşı mənim kimi çox sevindirir".

Ağdam rayonunun Əfətli kəndindən Yavər Nəsirov isə ölkə Prezidenti İlham Əliyevin müdrik siyasətinə xalqın göstərdiyi dəstəyin heç bir qüvvə tərəfindən sarsıdıla bilinməyəcəyini qeyd edir: "Sizin müdrik siyasətiniz nəticəsində Azərbaycan dünyada söz sahibinə çevrilmişdir. Ölkənin bütün regionları sürətlə inkişaf edir. Ağdam rayonunda da abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Rayonun mərkəzi hesab olunan Quzanlı qəsəbəsi gündən-günə gözəlləşir, abadlaşır, qəsəbədən şəhərə çevrilməyə başlayır. Bunu görən camaat Sizə alqış edir. Vaxtilə xalqı uçurum qarşısında qoyan, indi isə nailiyyətlərimizi görmək istəməyənlər bilsinlər ki, heç kim hakimiyyət əleyhinə şüarlarla bu milləti doğru yoldan çəkindirə bilməz".

Dövlət başçısına xalqın inamını və dəstəyini 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkiləri bir daha parlaq surətdə təsdiq etdi. Kütləvi fəallıq, yüksək şəffaflıq və demokratiya şəraitində keçən bu seçkilərdə qazandığı möhtəşəm qələbə münasibətilə ölkəmizin və dünyanın hər yerindən ölkə Prezidentinin ünvanına on minlərlə təbrik məktubu daxil oldu.

Bu məktublarda ifadə edilən səmimiyyəti hiss etdikcə onları həyəcansız oxumaq mümkün deyil. Bu baxımdan Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailovanın müraciətini misal göstərə bilərik:

"Azərbaycan Respublikası ötən on il ərzində Sizin rəhbərliyinizlə bütün sahələrdə həqiqətən böyük inkişaf yolu qət etmişdir. Bu inkişafın bəhrəsi bizlər - Avropada yaşayan azərbaycanlılar üçün xüsusilə qiymətlidir.

Azərbaycan gənc, müstəqil dövlət olaraq ildən-ilə siyasi cəhətdən sabitləşmiş, dünya iqtisadiyyatında mövqeyi güclənmiş, ölkədə həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Eyni zamanda, təhsil və mədəniyyət, idman və turizm, ətraf mühitin mühafizəsi sahələrində də böyük irəliləyişlər əldə edilmişdir. Qərb ilə Şərqin kəsişməsində yerləşən Azərbaycan bu illər ərzində hər iki sivilizasiyanın müsbət nailiyyətlərini əks etdirərək, Avropa məkanına inteqrasiyanın mühüm mərhələlərini uğurla keçmişdir".

Yeri gəlmişkən qeyd olunmalıdır ki, dövlətimizin beynəlxalq nüfuzunun artmasında Azərbaycan mədəniyyətinin və incəsənətinin xarici ölkələrdə təbliğ edilməsinin böyük rolu vardır. 2013-cü ildə bu sahədə həyata keçirilən tədbirlərdən biri də mədəniyyətimizi və tariximizi böyük vətəndaş duyğusu ilə sevən və onu yaşatmaq üçün əzmlə çalışan Prezident İlham Əliyevin və respublikanın birinci xanımı Mehriban Əliyevanın səyləri nəticəsində dünyanın mədəniyyət paytaxtlarından biri Vyana şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılması olmuşdur. Mərkəzin açılış mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bunu münasibətlərimizin tarixində əlamətdar hadisə adlandırmışdır.

Son vaxtlar Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiya, Fransa, Serbiya, Slovakiya və başqa ölkələrdə bir sıra tarixi abidələr bərpa edilmiş, Vatikanda saxlanan Azərbaycana aid nadir sənədlərin surətləri Vətənimizə gətirilmişdir. Xalqlarımız arasında dostluq münasibətlərini möhkəmləndirən belə təşəbbüslər həmin ölkələrin nümayəndələri tərəfindən də yüksək qiymətləndirilir. Bu yaxınlarda Rusiyanın Həştərxan şəhərində Leyla xanım Əliyevaya "III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa" ordeninin təqdim olunması buna əyani sübutdur. Artıq bir neçə ildir onun təşəbbüsü ilə Xocalı soyqırımı bütün dünyada geniş yad edilir. Bir çox mühüm təşəbbüslərin müəllifi olan Leyla xanım Əliyeva bu yaxınlarda daha bir diqqətəlayiq addım atmış, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri kimi onun təklifi ilə Rusiya Federasiyasında təhsil alan əlaçı azərbaycanlı tələbələr üçün təqaüd ayrılmışdır.

Ümumiyyətlə, gənclərimizin xarici ölkələrdə oxuması üçün yaradılmış şəraitə görə bu ölkələrdə təhsil alan azərbaycanlı tələbələr, o cümlədən ABŞ-dan Ramil Məmmədov, Türkiyədən Vaqif Ağayev, Ukraynadan Elçin Səmədzadə və bir çox başqaları Prezident Administrasiyasına minnətdarlıq məktubları göndərmişlər. Yasamal rayonunun sakini Nəzrin Mursaqulova cənab Prezidentin gənclərlə bağlı siyasətini yüksək qiymətləndirərək yazır ki, "gənclərimiz dünyanın ən qabaqcıl ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə etmişlər və əminik ki, onlar ölkəmizin gələcək uğurlarına öz töhfələrini verəcəklər".

Azərbaycanın işıqlı gələcəyinə dərin inam ölkə Prezidentinə ünvanlanmış bütün minnətdarlıq məktublarının əsas qayəsini təşkil edir. Dövlətimizin başçısı 2014-cü il fevralın 5-də keçirilmiş konfransda Azərbaycan vətəndaşlarının yüksək əhval-ruhiyyəsinin səbəblərini izah edərək demişdir: "Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir".

Təklif edirəm ki...

Azərbaycanın sürətli inkişafı, ölkə rəhbərliyinin daha yüksək nailiyyətlərə yönəlmiş siyasəti, vətəndaşların bütün sahələrdə fəallığının artırılması üçün yaradılan şərait onları daha fəal həyat mövqeyi nümayiş etdirməyə, cəmiyyətin həyatının müxtəlif məsələləri barədə öz fikirlərini bildirməyə həvəsləndirir.

Əmək və müharibə veteranlarından, yaradıcı şəxslərdən və elm xadimlərindən, şagird və tələbələrdən, hərbçilərdən daxil olan bir sıra müraciətlərdə ölkənin ictimai-siyasi həyatı, sosial-iqtisadi tərəqqisi, beynəlxalq mövqeyinin gücləndirilməsi, hərbi qüdrətinin artırılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, xarici siyasət və digər sahələrə dair təkliflər təqdim edilir.

Bu baxımdan ötən il respublikanın müxtəlif bölgələrindən daxil olmuş təkliflər də aktualdır. Həmin təkliflərdə qaldırılan bir sıra məsələlər ciddi maraq doğurduğundan onlar ətraflı öyrənilmiş və araşdırılmışdır. Bu müraciətlərdə vətəndaşlar respublikanın müxtəlif yerlərində yeni yolların, yol qovşaqlarının və körpülərin tikilməsi, kənd, qəsəbə və şəhərləri birləşdirən yeni nəqliyyat marşrutlarının açılması, ərazilərin yaşıllaşdırılması, sənaye, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət, idman və turizmin inkişafı, həmçinin digər məsələlər barədə öz mülahizə, təklif və fikirlərini yazırlar.

Ölkə Prezidenti hər bir vəzifəli şəxsdən, dövlət məmurundan insanların arzu və istəklərinə diqqətlə yanaşılmasını, yerlərdə olan problemlər barədə vaxtında məlumat verilməsini tələb edir. Cənab Prezident 2013-cü il sentyabr ayının ilk günlərində respublikanın Cənub bölgəsinə səfəri zamanı Biləsuvar rayonunda Mərkəzi Xəstəxananın təmiri barədə edilən xahişlə əlaqədar demişdir: "Əlavə hər hansı bir təklifiniz, xahişiniz olarsa, siz mənə, əlbəttə ki, yerli icra orqanlarına çatdırın ki, biz növbəti investisiya proqramlarımızda bütün bunları nəzərə alaq. Çünki bizim vəzifəmiz insanlara xidmət etməkdir".

Ümumiyyətlə, Prezident İlham Əliyev yerlərdən olan təşəbbüsləri çox yüksək qiymətləndirir və son 10 il ərzində dünyada Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkənin olmamasının bir səbəbini də dövlətin iqtisadi siyasətində, o cümlədən regionların inkişafı proqramlarının hazırlanmasında xalqın arzu və istəklərinin nəzərə alınması, buna görə də həmin siyasətin dəstəklənməsi ilə əlaqələndirərək deyir: "Bu iki proqramın formalaşmasında Azərbaycan vətəndaşları fəal iştirak etmişlər. Çünki bu proqramlar yerlərdən gələn təkliflər hesabına yarandı. Yerlərdə yaşayan insanlar daha yaxşı bilirlər ki, orada hansı işlər görülməlidir, ilk növbədə, hansı problemlər öz həllini tapmalıdır. Beləliklə, yerlərdən gələn təkliflər və arzular ümumiləşdirilib, proqram halına salınıb, maliyyə resursları təşkil edilib".

Qeyd etmək lazımdır ki, ötən il ictimai məzmunlu təkliflərin sayı 2012-ci ilə nisbətən 40 faiz artmışdır. Sözsüz ki, vətəndaşların Vətəninə, dövlətinə məhəbbətindən irəli gələn təklifləri və səmimi arzuları bundan sonra da diqqətlə öyrəniləcək və real olanları həyata keçiriləcəkdir.

Bakı Ali Neft Məktəbinin tələbələri təqaüdlərini Silahlı Qüvvələrə Yardım Fonduna köçürdü
Bakı Ali Neft Məktəbinin tələbələri təqaüdlərini Silahlı Qüvvələrə Yardım Fonduna köçürdü
Nurlanə Əliyeva: Müşfiqin yadigarı - Dilbər Axundzadə (FOTO)
Nurlanə Əliyeva: Müşfiqin yadigarı - Dilbər Axundzadə (FOTO)
Ombudsman “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayımlayıb
Ombudsman “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayımlayıb
Loading Bars
Xəbər lenti
Qayanada yaşayan yeganə azərbaycanlıdan ikili standartlara etiraz (FOTO)
Nurlanə Əliyeva: Müşfiqin yadigarı - Dilbər Axundzadə (FOTO)
“AccessBank” hərbi qulluqçulara və cəbhə bölgəsinin sakinlərinə kömək edir (FOTO)
Ombudsman “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayımlayıb
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü Prezident İlham Əliyevə məktub göndərib
Tovuz sakinini küçədə döyüb öldürən şəxs saxlanıldı
Nurlanə Əliyeva: Qələbə bizimlədir (FOTO)
Ermənistana məxsus daha 3 PUA məhv edilib
Dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb - FAKTİKİ HAVA
DİN əhaliyə xəbərdarlıq edir
AZƏRTAC Ermənistanın Gəncəyə qanlı terror hücumları ilə bağlı dünyanın aparıcı xəbər agentliklərinə müraciət ünvanlayıb
Uzun illər işğal altında olan ərazilərimizdə yerləşən abidələrin əksəriyyəti ya erməniləşdirilib, ya da dağıdılıb - Dövlət Xidməti
Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı, beynəlxalq hüququn tələblərini də yerinə yetirir - Deputat
Milli Məclis Dağlıq Qarabağla bağlı videoçarx hazırlayıb
Beynəlxalq təşkilatlar Ermənistanda silahlanmaya vaxtında düzgün qiymət verməyib - Arzu Nağıyev
Ordubadda qədim abidələr aşkarlanıb
Səfirlik: Bəzi saytların dəqiq olmayan məlumatlar yayması Qətər-Azərbaycan əlaqələrinə təsir etməyəcək
Gürcüstanda silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb
“Həkimlərimizi tanıyın!” - neyrocərrah Elçin Abbaszadə
Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşüb
"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır
İranda sutka ərzində 312 nəfər koronavirusdan ölüb
Abşeronda COVİD-19 əleyhinə növbəti reyd keçirildi – sürücülər cərimələndi (FOTO)
Azərbaycanda 714 nəfər COVID-19-a yoluxdu, 176 nəfər sağaldı, 7 nəfər vəfat etdi
Koronavirusa yoluxanların sayını sıfırlamağa məcburuq
Azərbaycan və Türkiyənin birgə uğuru: TANAP "ilin layihəsi" beynəlxalq mükafatını aldı (FOTO)
Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır - Naqif Həmzəyev
Qarabağ müharibəsi bitdikdən sonra Ermənistanda uzunmüddətli böhran başlayacaq - Ekspert
Türk Şurası Gənclər Platforması Azərbaycanı dəstəkləyən bəyanat qəbul edib (FOTO)
Azərbaycan beynəlxalq hüququ, ədaləti əməldə təmin edir - Politoloq
Azərbaycan bu müharibədə qalibiyyətə məhkumdur! - Kamaləddin Qafarov
Düşmənin atıb qaçdığı növbəti hərbi texnikalar (FOTO/VİDEO)
Bu il özünüməşğulluq proqramına cəlb olunanların sayı 8 minə yaxındır
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan BMT qətnamələrinin icrasına özü başlamaq məcburiyyətində qaldı - Politoloq
Əfqanıstanda viza izdihamı - 11 ölü
Ermənistanda məhkumlardan intiharçı dəstələr yaradılır
Xudafərin körpüsünün Azərbaycan tarixində xüsusi yeri var - Deputat
Azərbaycan ordusu status kvonu dəyişdi - Deputat
“Geri dönüş” adlı kompozisiya hazırlanıb (VİDEO)
Belarusda MDB-nin İcraiyyə Komitəsində keçirilən tədbirdə Ermənistanın işğalçılıq siyasəti pislənilib (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
ENGİNET şirkəti “Güc BİRLİKdədir” deyib Gəncədə yaralanan uşaqlara yardım göndərdi (FOTO)
Terrorçu Ermənistan hakimiyyəti cəzalandırılmalıdır - Sevil Mikayılova (VİDEO)
Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq
KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi beynəlxalq assosiasiyaya üzv oldu
Sabahın hava proqnozu açıqlanıb
"Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı" adlı ixtisasartırma kursu başa çatıb
Rusiyada bir gündə 317 nəfər koronavirusun qurbanı oldu
Qazax sement zavodu Qarabağın azad edilmiş şəhərlərinin bərpası planları haqqında (FOTO)
Toy kasetimizi, fotoalbomu torpağa basdırdıq, düşünürdük ki, bir neçə gün sonra geri qayıdacağıq - Zəngilan sakini (FOTO)
Bəziləri deyirdilər ki, bu qədər silah-sursat nəyimizə lazımdır, onsuz da müharibə aparmayacağıq... - Deputat
Ermənistanın növbəti PUA-sı məhv edilib
Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda 4 yarımstansiyanın tikilməsi nəzərdə tutulub
Ermənistanda koronavirusdan rekord sayda ölüm qeydə alındı
Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
YAP Gəncədə erməni terroru nəticəsində valideynlərini itirmiş uşaqlara təqaüd verəcək (FOTO)
Türk Şurasından dəstək: Biz bu savaşda Azərbaycanın yanındayıq
22 iranlı həkim könüllü fəaliyyət üçün Azərbaycana müraciət edib
Vəhşi heyvan və quş növlərinin ovu dayandırılıb
Baş Prokurorluq xarici ölkə vətəndaşlarına xəbərdarlıq etdi (VİDEO)
İmtahanlarda qiymətləndirmə vasitələrinin hazırlanmasında iştirak etmək istəyənlər üçün kurslar keçiriləcək
BMT-nin qətnamələrini Azərbaycan özü icra edir
Ceyhun Bayramov Moskvaya gedib
Ermənistana qarşı vaxtında sanksiya tətbiq edilsəydi, indiki vəziyyət yaranmazdı - Deputat
Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib (FOTO)
Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndi (VİDEO)
Erməni təxribatı nəticəsində ölən və yaralanan dinc sakinlərin sayı açıqlanıb
Prezidentə yazırlar: Siz Ali Baş Komandan kimi öz gücünüzü bütün dünyaya bir daha sübut etdiniz
Antalyada Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO)
Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb - MN
Gecə və gündüz artilleriya atışları (VİDEO)
Güzəştli limit həddini keçən qaz abonentlərinin sayı açıqlanıb
Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb - MN
Son günlər yoluxmaların artması həyəcan siqnalıdır - Psixoloq
Dünən Ermənistan 6 şəhərimizə 498 mərmi atıb - Hikmət Hacıyev
Kardaşyanın ianələri ilə ayaqda durmağa çalışan Ermənistanla, güclü iqtisadiyyata sahib Azərbaycan bir deyil - Rufiz Hafizoğlu "Əl-Cəzirə" telekanalına açıqlama verib (FOTO/VİDEO)
Şəmkir sakini küçədə bıçaqlandı
Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir - Nazir
Dövlət qulluğuna qəbul imtahanlarına qeydiyyat başa çatır
General-mayor Emin Şəkinski vəfat etdi
Ordumuzun zəfəri hərbi quruculuq siyasətinin məntiqi nəticəsidir - Deputat
TAP hidrogen və biometan nəql etmək gücündədir
Ermənistan sivil və dinc hüquqi fəaliyyət prinsiplərindən çox uzaq düşüb - Ekspert
Oktyabrın 21-də xarici valyutaların manata qarşı məzənnələri
Bəzi sahələrdə Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib - Ermənistan Müdafiə Nazirliyi
Tərtər rayonu atəşə tutulur
Düşmənin artilleriya rəisi, divizion komandiri və tabor komandiri məhv edilib - MN
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Dünyanın ən bahalı geyim brendi açıqlanıb
Tonqa krallığı sahillərində zəlzələ baş verib
Perunun tanınmış dövlət xadimi Azərbaycana öz dəstəyini ifadə edib
ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti ABŞ mətbuatında müzakirə olunub
Fransada son sutkada koronavirusdan 163 nəfər dünyasını dəyişib
İtaliya mətbuatında Ermənistanın azərbaycanlı diplomatlara qarşı terror təhdidlərindən bəhs edən yazılar dərc olunub
ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb
Dünyada son bir həftədə 2,4 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb
ANAMA: Təmas xəttində mərmilər, qumbara və partlamamış mərmi qalıqları aşkarlanıb (FOTO)
Ermənistan xarici işlər naziri Rusiyaya gedib
Bütün xəbərlər