...

Arif Hacılı: Məni heç kəs "verbovka" edə bilməz

Siyasət Materials 13 Fevral 2014 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı jurnalist Xədicə İsmayılovanın hazırladığı bildirilən hesabatda hakimiyyətə çalışan siyasətçilər arasında adının hallanmasına münasibət bildirib.

A.Hacılı Trend-ə deyib ki, bu, kimin tərəfindən uydurulmasından asılı olmayaraq, çox çirkin uydurmadır: "Hesabatda adları çəkilən şəxslərin bir çoxunu, o cümlədən məni ABŞ-da yaxşı tanıyırlar. Belə olan halda onların bizim haqqımızda məlumat almaq üçün ayrı-ayrı QHT nümayəndələrinə müraciət etmələri gülüncdür. Mən 25 ildir siyasətdəyəm, məni heç kəs "verbovka" edə bilməz, yəni bu, gülünc, mənasız və iyrənc iddiadır".

A.Hacılı qeyd edib ki, əslində bu uydurmanın müəllifləri özləri haqqında ictimai rəy yaradırlar.

Qeyd edək ki, Xədicə İsmayılovanın ABŞ tədqiqatçılarına hesabat hazırlaması barədə məlumat yayılıb. Hesabatda Azərbaycanın müxalifət düşərgəsində bir sıra siyasətçilərin, jurnalistlərin, ictimai fəalların hakimiyyət tərəfindən idarə olunduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti