...

Azərbaycan ilə QDİƏT arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub

Siyasət Materials 18 Fevral 2014 21:15 (UTC +04:00)
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Viktor Tsvirkunu qəbul edib.
Azərbaycan ilə QDİƏT arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Viktor Tsvirkunu qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə QDİƏT arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

V.Tsvirkun E.Məmmədyarova təşkilatın gündəliyində duran məsələlər haqqında məlumat verib. Həmçinin Azərbaycan tərəfinə təşkilata göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Nazir baş katibə Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, o cümlədən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsindən söhbət açıb. Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) fəaliyyəti, onun həyata keçirdiyi layihələr haqqında da məlumat verib.

Xəbər lenti

Xəbər lenti