...

Prezident İlham Əliyev bolqarıstanlı həmkarını təbrik edib

Siyasət Materials 1 Mart 2014 15:59 (UTC +04:00)
Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev bolqarıstanlı həmkarını təbrik edib

Azərbaycan, Bakı, 1 mart /Trend/

Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevə təbrik məktubu ünvanlayıb.

Trend-in məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Bolqarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Bolqarıstan arasındakı münasibətlər bu gün dinamik şəkildə inkişaf etməkdədir. Ümidvaram ki, ənənəvi dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim sülh və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti