...

Aydın Hüseynov: ABŞ Dövlət Departamentinin insan haqlarının vəziyyətinə dair illik hesabatı qərəzli xarakter daşıyır

Siyasət Materials 3 Mart 2014 15:32 (UTC +04:00)
"ABŞ Dövlət Departamentinin insan haqlarının vəziyyətinə dair illik hesabatında Azərbaycanla bağlı fikirlər ikili standartların mövcud olduğunu, müxtəlif subyektiv fikirlərin daha çox üstünlük təşkil etdiyini göstərir və qərəzli xarakter daşıyır. Hesabatda ölkəmizdəki insan haqları ilə bağlı vəziyyət subyektiv mülahizələrə əsaslandığından buradakı iddiaları qərəzsiz hesab etmək olar".
Aydın Hüseynov: ABŞ Dövlət Departamentinin insan haqlarının vəziyyətinə dair illik hesabatı qərəzli xarakter daşıyır

Azərbaycan, Bakı, 3 mart /Trend/

"ABŞ Dövlət Departamentinin insan haqlarının vəziyyətinə dair illik hesabatında Azərbaycanla bağlı fikirlər ikili standartların mövcud olduğunu, müxtəlif subyektiv fikirlərin daha çox üstünlük təşkil etdiyini göstərir və qərəzli xarakter daşıyır. Hesabatda ölkəmizdəki insan haqları ilə bağlı vəziyyət subyektiv mülahizələrə əsaslandığından buradakı iddiaları qərəzsiz hesab etmək olar". Bu barədə Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Dövlət Departamentinin həmin hesabatını şərh edərkən bildirib.

A.Hüseynov deyib ki, hesabatda ölkəmizlə bağlı məlumatlar təhrif edilib, müxtəlif antimilli qüvvələrin rəy və fikirlərinə istinad olunub, Azərbaycan dövlətinin rəsmi strukturlarının məlumatlarından istifadə edilməyib. Bu isə hesabatda müxtəlif QHT-lərin böhtan xarakterli informasiyalarına geniş istinad edildiyinə dəlalət edir və sənədin obyektivliyini şübhə altına alır. Hesabatda işğalçı Ermənistan tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, normal yaşayış və mülkiyyət hüquqlarını itirmiş 1 milyondan artıq azərbaycanlı məcburi köçkünün vəziyyəti barədə söz açılmır, halbuki insan hüquqlarının pozulduğu ən böyük sosial qrup qaçqınlardır. Bütün bunlar sənədin hazırlanmasına müxtəlif siyasi maraqları olan qüvvələrin qeyri-obyektiv fikir və mülahizələrinə geniş yer verilməsinin göstəricisidir.

YAP Siyasi Şurasının üzvünün sözlərinə görə, müxtəlif vaxtlarda müxtəlif təxribatçı qrupların Azərbaycandakı siyasi, iqtisadi, sosial, hüquqi islahatlarını kölgə altına salmağa çalışan qərəzli hesabatları olub. İstər ABŞ Dövlət Departamenti, istərsə də digər təşkilatlar olsun, onlar belə qərəzli hesabatlar hazırlamaqla özlərini nüfuzdan salırlar. Onlara olan inam kəskin surətdə azalır. Çünki ədalət prinsipinin pozulduğu yerdə səmimiyyətdən, obyektivlikdən və hörmətdən danışmaq imkansızdır. Amma bütün bunların ölkəmizdə həyata keçirilən sistemli, davamlı islahatlar nəticəsində əldə olunmuş mühüm uğurlara təsir edə bilməz. Azərbaycanda insan hüquq və azadlıqları ən yüksək səviyyədə təmin olunub və etibarlı şəkildə qorunur. Azərbaycanın hər bir sahəsində olduğu kimi, insan və vətəndaş hüquq və azadlıqlarının təmini və müdafiəsi sahəsində də həyata keçirilən tədbirlər bu gün uğurla davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti