Azərbaycan, Bakı, 12 mart /Trend/
"Böyük yeddilik" (G7 - Kanada, ABŞ, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, Yaponiya) ölkələri Rusiyanı Ukraynadakı gərginliyi azaltmağa yardım etməyə çağırırlar və qeyd edirlər ki, Krımın statusu haqqında referendumun nəticələrini tanımırlar.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqı Şurasının saytında yerləşdirilən G7-nin birgə bəyanatında deyilir.
Bəyanat müəllifləri hesab edirlər ki, referendumun hüquqi nəticələri olmayacaq və bəyan edirlər ki, onun nəticələrini tanımırlar: "Rusiyanı böhranın diplomatik yolla həlli üzrə səylərimizə qoşulmağa və müstəqil, suveren, vahid Ukraynanı dəstəkləməyə çağırırıq".