Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir A.Axundov/
Azərbaycan 2013-cü ildə müdafiə xərclərinin maliyyələşdirilməsinə 3 milyard manat ayırıb. Trend-in məlumatına görə, bunu cümə günü Baş nazir Artur Rasizadə hökumətin 2013-cü ilin yekunları üzrə hesabatını Milli Məclisə təqdim edərkən deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti əvvəlki illərdə olduğu kimi, ölkənin hərbi gücünün artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi, Hərbi Qüvvələrin ən müasir texnika və silahla təminatına prioritet istiqamət kimi xüsusi diqqət ayırıb: "Ordu quruculuğu üzrə işlərə müvafiq olaraq, hərbçilərin hərbi hazırlığının və peşəkarlığının artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi işləri də davam edib".