Azərbaycan, Bakı, 15 mart /Trend/
BMT Təhlükəsizlik Şurası ABŞ tərəfindən hazırlanan qətnamə layihəsini səsə qoyacaq.
Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, qətnamədə Krımda keçiriləcək referendumun qeyri-qanuni olduğu və Ukraynanın ərazi bütövlüyününü dəstəkləndiyi bildirilir.
Görüş Nyu-York vaxtı ilə bu gün səhər saat 11:00-a (Bakı vaxtı ilə 19:00) nəzərdə tutulub.
Böyük Britaniyanın BMT yanında daimi nümayəndəsi Mark Layall Qrant jurnalistlərə bildirib ki, sənədin mətni üzərində iş artıq başa çatıb.