...

Oqtay Əsədov Seyşel adalarının ilk prezidentini qəbul edib

Siyasət Materials 15 Mart 2014 15:21 (UTC +04:00)
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Seyşel adaları Respublikasının ilk prezidenti olmuş, Mərkəzi Asiya, Sakit Okean Hövzəsi Beynəlxalq Demokratları Təşkilatının vitse-prezidenti Ceyms Riçard Mançamı qəbul edib.
Oqtay Əsədov Seyşel adalarının ilk prezidentini qəbul edib

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İzzət/

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Seyşel adaları Respublikasının ilk prezidenti olmuş, Mərkəzi Asiya, Sakit Okean Hövzəsi Beynəlxalq Demokratları Təşkilatının vitse-prezidenti Ceyms Riçard Mançamı qəbul edib.

Trend-in məlumatına görə, parlamentin sədri Azərbaycan parlamentinin tarixi və bugünkü fəaliyyəti barədə qonağa ətraflı məlumat verib, Azərbaycan qanunvericilik orqanında təmsil olunmuş siyasi partiyaların və iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə oynadığı roldan danışıb.

Spiker qonağın təmsil etdiyi siyasi qurumla Yeni Azərbaycan Partiyası arasında yaranmış əlaqələri yüksək dəyərləndirib.

O.Əsədov dövlətlərarası münasibətlər sistemində parlamentlərin roluna diqqət çəkərək iki ölkə arasında bu səviyyədə münasibətlərin inkişafının digər sahələrə də müsbət təsir göstərəcəyinə inandığını deyib.

Ceyms Riçard Mançam isə Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını qeyd edib. Azərbaycandakı inkişafa heyranlığını xüsusi vurğulayan qonaq nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin münasibətlərimizin dərinləşməsində əhəmiyyətli rol oynayacağına inamını ifadə edib.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti