...

Türkiyə Rusiyanı qonşu ölkələrin ərazi bütövlüyünə hörmət etməyə çağırır

Siyasət Materials 17 Mart 2014 10:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Rusiyanı qonşu ölkələrin ərazi bütövlüyünə hörmət etməyə çağırır. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Trend-in məlumatına görə, xəbəri "Anadolu" agentliyi yayıb.

Nazirin sözlərinə görə, Moskva regionda təkbaşına siyasət aparır.

Martın 16-da Krımda keçirilən referenduma gəlincə, Davudoğlu deyib ki, regionda oxşar hadisələrin inkişafına imkan yaratmaq yolverilməzdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti