...

Krımın Rusiyanın tərkibinə daxil olması haqqında müqavilə imzalandı (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 Mart 2014 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Rusiya və Krım muxtar respublikanın, o cümlədən Sevastopol şəhərinin Rusiya Federasiyasının tərkibinə daxil olması haqqında müqavilə imzalayıblar. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Müqaviləni RF Prezidenti Vladimir Putin, Krım Ali Şurasının sədri Vladimir Konstantinov, muxtar respublikanın Baş naziri Sergey Aksyonov və Sevastopol Şəhər Şurasının sədri Aleksey Çalıy imzalayıblar.

İmzalanma mərasimindən sonra Rusiya Federasiyasının himni səsləndirilib.

Xatırladaq ki, martın 16-da Krımın statusu haqqında referendum keçirilib. Seçicilərin 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib. Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti