...

BMT-nin baş katibi Moskva və Kiyevdə olacaq

Siyasət Materials 19 Mart 2014 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend/

BMT-nin baş katibi Pan Gi Mun bu gün Rusiyaya səfər edəcək, sonra isə Ukraynaya yola düşəcək.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu səfər mövcud böhranın sülh yolu ilə nizamlanması üzrə diplomatik səylər çərçivəsində həyata keçirilir.

P.G.Mun martın 20-də Moskvada, 21-də isə Kiyevdə olacaq.

Baş katib Moskvada Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşməyi planlaşdırır. Ukraynada isə ölkə rəhbərliyi, ictimai təşkilatların nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

O, böhranın BMT-nin Nizamnaməsi əsasında nizamlanmasının vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti