...

Ankarada Novruz bayramı tədbiri keçirilib (FOTO)

Siyasət Materials 22 Mart 2014 02:13 (UTC +04:00)
Cari ilin martın 21-də Azərbaycanın Türkiyədəki səfirliyində Novruz Bayramı münasibətilə geniştərkibli şənlik həyata keçirilib.
Ankarada Novruz bayramı tədbiri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 mart /Trend/

Cari ilin martın 21-də Azərbaycanın Türkiyədəki səfirliyində Novruz Bayramı münasibətilə geniştərkibli şənlik həyata keçirilib.

Trend-in Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən verdiyi məlumata görə, şənlikdə Türkiyə Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Mustafa İsen, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri İsmet Sezqin, iqtidar partiyası AKP-dən olan millət vəkili Tülay Selamoğlu başda olmaqla çox sayda millət vəkili, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, çox sayda incəsənət və elm xadimi, diaspor nümayəndələrimiz, Ankarada təhsil alan tələbə və polis akademiyası kursantlarımız, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Tədbirin açılış nitqini həyata keçirən səfir Faiq Bağırov qonaqları salamlayıb, Novruzun mahiyyətini və əhəmiyyətini anladan çıxışının ardından AR Prezidenti möhtərəm İlham Əliyev cənablarının Novruz Bayramı münasibətilə Azərbaycan xalqına olan müraciətini oxuyub.

Ardından qonaqlara milli musiqilərimizin sədaları altında ölkəmizin ənənəvi mətbəxinə məxsus ləziz yeməklərin də olduğu zəngin tərkibdə ziyafət verilib.

Səfirliyimizin həyətində yandırılmış Novruz tonqalı qonaqlara şən və gözəl dəqiqələr yaşatmış, gənclərin milli musiqilərimizlə etdiyi rəqslər şənlik iştirakçılarına əsl bayram əhval ruhiyyəsi yaşadıb.

Tədbir iştirakçılarına türk dilində nəşr olunan "İrs-Miras" jurnalının yeni çap olunmuş növbəti sayı təqdim olunub.

Xəbər lenti

Xəbər lenti