...

Qəzet: Türkiyənin Konstitusiya Məhkəməsi sədrinin prezident seçkilərində namizədliyi irəli sürülə bilər

Siyasət Materials 14 Aprel 2014 12:58 (UTC +04:00)
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) qarşıdakı prezident seçkilərində ölkənin Konstitusiya Məhkəməsinin rəhbəri Hakim Kılıcın namizədliyini irəli sürə bilər.
Qəzet: Türkiyənin Konstitusiya Məhkəməsi sədrinin prezident seçkilərində namizədliyi irəli sürülə bilər

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) qarşıdakı prezident seçkilərində ölkənin Konstitusiya Məhkəməsinin rəhbəri Haşim Kılıcın namizədliyini irəli sürə bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ölkənin "Milliyet" qəzeti xəbər yayıb.

Bundan əlavə, qəzetin məlumatına görə, belə olarsa, CHP müxalifətdən vahid namizədin irəli sürülməsi ideyasından imtina edəcək.

Bir müddət əvvəl Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıcdaroğlu bildirib ki, Türkiyədə prezident seçkilərində iştirak etmək üçün müxalifət vahid namizəd irəli sürəcək. O, həmçinin qeyd edib ki, prezident seçkilərində iştirak etmək üçün müxalifət partiyalarının hazırda bir neçə namizədi var. Lakin partiya lideri onların adını açıqlamaqdan imtina edib.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti