...

Səfir: İsrail Azərbaycanla münasibətlərini daha da inkişaf etdirmək və dərinləşdirmək niyyətindədir

Siyasət Materials 5 May 2014 19:05 (UTC +04:00)
Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlər üçün bu il möhtəşəm dövr olub və biz bu münasibətləri növbəti illərdə daha da inkişaf etdirmək və dərinləşdirmək niyyətindəyik.
Səfir: İsrail Azərbaycanla münasibətlərini daha da inkişaf etdirmək və dərinləşdirmək niyyətindədir

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir S.Əhmədova/

Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlər üçün bu il möhtəşəm dövr olub və biz bu münasibətləri növbəti illərdə daha da inkişaf etdirmək və dərinləşdirmək niyyətindəyik. Trend-in məlumatına görə, bu barədə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz İsrail Dövlətinin milli bayramı - Müstəqillik günü münasibətilə keçirilən tədbirdə jurnalistlərə deyib.

Səfirin sözlərinə görə, İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana çox məhsuldar və uğurlu səfəri oldu: "Biz bir çox, o cümlədən turizm, ticarət, kənd təsərrüfatı sahələrində əməkdaşlığımızı genişləndirmək və dərinləşdirmək qərarına gəldik.
Bizim enerji sahəsində çox gözəl əməkdaşlığımız var və bu bizim üçün yeni bir sahədir".

Diplomat qeyd edib ki, İsrail yenicə təbii qaz kəşf edib və Azərbaycanın enerji təcrübəsini öyrənməyə maraqlıdır: "Hər iki ölkə arasında bütün sahələrdə münasibətlərimiz çox yaxşıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti