...

Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland birgə nahar ediblər (FOTO)

Siyasət Materials 12 May 2014 16:35 (UTC +04:00)
Mayın 12-də Azərbaycan-Fransa biznes forumu başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Respublikasının Prezidenti Fransua Olland birgə nahar etmişlər.
Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland birgə nahar ediblər (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend/

Mayın 12-də Azərbaycan-Fransa biznes forumu başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Respublikasının Prezidenti Fransua Olland birgə nahar etmişlər.

Mərasimdə iştirak edən Azərbaycan əsilli məşhur fransız teatr və kino aktyoru, rejissor, Parisin "Marini" Teatrının bədii rəhbəri Rober Oseyn çıxış edərək deyib: "Mən bunu iftixar və fərəh hissi ilə bu ölkənin övladı kimi qeyd etmək istəyirəm. Çünki mən hər ikisi vətənim olan ölkələrimiz arasında böyük dostluğu, əgər belə demək olarsa, təcəssüm etdirirəm. Mən sevdiyim ölkədə - Fransada anadan olmuşam. Mən, həmçinin qibtə etdiyim ölkənin - Azərbaycanın oğluyam. Hər iki ölkə inkişaf edib. Bu ölkələrdə qadınlar, hətta digər ölkələrlə müqayisədə cəmiyyətdə daha mühüm yer tuturlar, kişilərlə bərabər mövqedədirlər. Fransa Respublikasının Prezidenti bilməlidir ki, bu paytaxt Bakı şəhərində həm sinaqoq, həm məscid, həm də pravoslav kilsələr yan-yana mövcuddurlar, heç bir problem olmadan fəaliyyət göstərirlər".

Rober Oseyn babasının Azərbaycanda doğulduğunu, atasının isə Səmərqənddə dünyaya gəldiyini bildirdi. Qeyd etdi ki, onlar Fransada yaşadıqları müddətdə dünya mədəniyyətinə və musiqisinə əvəzsiz töhfələr vermişlər. Onların yaratdıqları əsərlər hazırda müxtəlif səhnələrdə səsləndirilir və bu gün həmin ənənə Rober Oseynin oğlu Pyer tərəfindən davam etdirilir.

Mərasimin sonunda dövlət başçıları ilə görüşən Pyer Oseyn Azərbaycan tarında ifa etdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Fransa Prezidenti Fransua Ollandı yola saldılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti