...

Azərbaycan Milli Konservatoriyasına bir milyon manat ayrılıb

Siyasət Materials 14 May 2014 20:02 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Milli Konservatoriyasına bir milyon manat ayrılıb

Azərbaycan, Bakı, 14 may /Trend/

Prezident İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Konservatoriyasına bir milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti