...

YAP Qadınlar Şurası yanında işçi komissiyalarının yaradılması təklif edilib

Siyasət Materials 24 May 2014 12:04 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Ümumrespublika Konfransında Milli Məclis sədrinin müavini Bahar Muradova YAP Qadınlar Şurası yanında bir neçə işçi komissiyasının yaradılması təklifi ilə çıxış edib.
YAP Qadınlar Şurası yanında işçi komissiyalarının yaradılması təklif edilib

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Ümumrespublika Konfransında Milli Məclis sədrinin müavini Bahar Muradova YAP Qadınlar Şurası yanında bir neçə işçi komissiyasının yaradılması təklifi ilə çıxış edib.

Trend-in məlumatına görə, B.Muradova bildirib ki, təhsil, səhiyyə və digər sahələrlə bağlı komissiyalar təşkil oluna, bu məsələlər gündəmə gətirilə bilər.

Onun sözlərinə görə, YAP Qadınlar Şurasının qazandığı uğurlarla yanaşı, nöqsanlar da göstərilməlidir.

B.Muradova bir çox rayon təşkilatlarına yeni qadınların seçildiyini bildirib.

Vitse-spiker YAP Qadınlar Şurasının fəaliyyətinin günün tələbləri səviyyəsinə qaldırılmalı olduğunu vurğulayıb: "YAP Gənclər Təşkilatı bir neçə ildir ki, günün tələbləri səviyyəsində fəaliyyətini qurur, beynəlxalq tədbirlərdə iştirak edir, regionlarda tədbirlər təşkil edirlər. Qadınlar Şurası da fəaliyyətini bu səviyyədə qurmalı, toplantılarını ardıcıl keçirməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti