...

Berlində Azərbaycanın Respublika Günü qeyd edilib (FOTO)

Siyasət Materials 26 May 2014 11:33 (UTC +04:00)
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) 28 May – Azərbaycan Respublikasının yaranmasının 96-cı ildönümünə həsr edilmiş gecə təşkil olunub.
Berlində Azərbaycanın Respublika Günü qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İzzət/

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) 28 May - Azərbaycan Respublikasının yaranmasının 96-cı ildönümünə həsr edilmiş gecə təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri AAKM-nin İcraçı Direktoru Samira Patzer-İsmailova giriş sözü ilə açaraq, 1918-ci il mayın 28-də qurulan Azərbaycan Demokratik Respublikası, onun tarixi və iki ildən sonra bolşevik Rusiyası tərəfindən süquta yetirilməsi haqqında məlumat verib. O, yenidən bərqərar olmuş 23 illik istiqlaliyyətin müvəffəqiyyətlərini tarixi ənənələrin davamı kimi qiymətləndirib.

Tərbirdə çıxış Azərbaycanın Almaniyadakı Səfirliyinin birinci katibi Fikrət Axundov isə 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra iqtisadi və sosial sahələrdə qazandığı uğurlar, eləcə də siyasi aləmdə tutduğu mövqedən danışıb. Fikrət Axubdov bu istiqamətdə Almaniyadakı Azərbaycan diasporunun fəaliyyətini və keçirilən tədbirləri müsbət dəyərləndirib.

Tədbirin bədii hissəsinin qonağı Berlində yaşayan rejissor və aktrisa Naiba Tural Azərbaycan ədəbiyyatından seçilmiş şerləri ustalıqla ifa edib. Onun Vətən və Azərbaycan mövzusunda təqdim etdiyi ədəbi söz cələngi tədbirin iştirakçılarına xüsusi əhval-ruhiyyə bəxş edib.

Gecənin bədii hissəsi rejissor və rəssam Şamil Nəcəfzadənin "Sirli bənövşə" qısametrajlı filminin nümayişi ilə davaçm edib. Film Xll əsrdə yaşayıb-yaratmış Azərbaycanın görkəmli qadın şairələrindən biri Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edir. Filmin nümayiçindən sonra müasir Azərbaycanı əks etdirən qısa çarxlar göstərilib, Azərbaycan musiqisi səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti