...

İlham Əliyev Litva Prezidentini təbrik edib

Siyasət Materials 26 May 2014 17:19 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Litva Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 26 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Litva Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Litva tarixində ilk dəfə Dövlət başçısının bu ali vəzifəyə təkrar seçilməsi Sizə xalqınız tərəfindən göstərilən etimadın ifadəsidir.

Bu gün Azərbaycan ilə Litva arasındakı münasibətlər dinamik inkişaf yolundadır. Ümidvaram ki, xalqlarımızın iradəsindən qaynaqlanan dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Litva xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti