...

Müdafiə naziri Gürcüstana rəsmi səfər edəcək

Siyasət Materials 28 May 2014 21:43 (UTC +04:00)
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniyanın dəvətilə mayın 29-da Gürcüstana rəsmi səfər edəcək.
Müdafiə naziri Gürcüstana rəsmi səfər edəcək

Azərbaycan, Bakı, 28 may /Trend/

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniyanın dəvətilə mayın 29-da Gürcüstana rəsmi səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərinin müzakirə edilməsi planlaşdırılır.

Səfər mayın 30-dək davam edəcəkdir.

Xəbər lenti

Xəbər lenti