...

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə bir sıra beynəlxalq tədbirlər keçiriləcək

Siyasət Materials 31 May 2014 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iyun ayının 2-dən başlayaraq bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 6-dək Almaniyanın Oberammerqau şəhərində iki kurs, Adi silahlara nəzarət üzrə informasiya mübadiləsi kursu və NATO Qərargah zabitləri üçün tanışlıq kursu keçirilməsi nəzərdə tutulub. Yunanıstanın Xaniya şəhərində "Dənizdə qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması əməliyyatlarında kütləvi qırğın silahları ilə mübarizə" kursu, Sloveniyanın Lyublyana şəhərində İnformativ Hərbi Attaşe həftəsində və "Adriatik Strike 2014" təlimində müşahidəçi qismində iştirak da iyun ayının 6-dək davam edəcək.

İyunun 13-dək Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq planına əsasən Predeal şəhərində (Rumıniya) Axtarış və xilas etmə kursu, Budapeşt şəhərində (Macarıstan) Qərargah zabitləri üçün hərbi terminologiya kursu, Kielçe şəhərində (Polşa) "NATO-nun hərbi-mülki əməkdaşlıq üzrə səhra mütəxəssisi" kursu olacaq.

Ayın 20-dək isə Szolnok şəhərində (Macarıstan) "27-ci Beynəlxalq hərbi müşahidəçi" kursu və Qarmiş- Partenkirxen şəhərində (Almaniya) Dil testi üzrə təkmilləşdirmə seminarı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti