...

Xələf Xələfov ABŞ Dövlət Departamentinin Enerji resursları bürosunun baş müşaviri ilə görüşüb

Siyasət Materials 3 İyun 2014 18:46 (UTC +04:00)
Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ABŞ Dövlət Departamentinin Enerji resursları bürosunun baş müşaviri Daniel Staynı qəbul edib.
Xələf Xələfov ABŞ Dövlət Departamentinin Enerji resursları bürosunun baş müşaviri ilə görüşüb

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ABŞ Dövlət Departamentinin Enerji resursları bürosunun baş müşaviri Daniel Staynı qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağı salamlayan nazir müavini ümumilikdə regionda enerji sahəsində həyata keçirilən layihələr barəsində ətraflı məlumat verib. Azərbaycanın hər zaman regional əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdıran X.Xələfov bu çərçivədə aparılan çoxtərəfli və ikitərəfli dialoqların inkişaf etdirilməsinin əhəmiyyətli olduğunu bildirib.

Nazir müavini Xəzər dənizində beynəlxalq əməkdaşlıq ruhunun gücləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini və bu istiqamətdə tərəfdaşların dəstəyinin zəruriliyini önə çəkib, region və qonşu ölkələrlə qurulmuş əlaqələrin inkişaf etdirilməsi üçün regionda təhlükəsizliyin və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar, münaqişənin həllinə dair Azərbaycanın ədalətli mövqeyi barəsində qonağı məlumatlandıran X.Xələfov Ermənistanın qeyri-konstruktiv mövqeyinin problemin həll olunmasına imkan vermədiyini vurğulayaraq, beynəlxalq birliyin bu məsələdə ardıcıl və prinsipial mövqe nümayiş etdirməsinin zəruriliyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti