...

NATO-nun yüksək rütbəli rəsmiləri Azərbaycana gələcəklər

Siyasət Materials 4 İyun 2014 15:39 (UTC +04:00)
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə qərar NATO Parlament Assambleyasının Litvanın paytaxtı Vilnüsdə keçirilən yaz sessiyasında qəbul olunub.
NATO-nun yüksək rütbəli rəsmiləri Azərbaycana gələcəklər

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Mehdiyev/

NATO-nun növbəti "Rouz Roud" seminarı Azərbaycanda keçiriləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə qərar NATO Parlament Assambleyasının Litvanın paytaxtı Vilnüsdə keçirilən yaz sessiyasında qəbul olunub.

İyun ayının 15-18-i tarixlərində keçiriləcək seminarda NATO-nun yüksək rütbəli rəsmiləri iştirak edəcəklər.

Seminarda Cənubi Qafqazda münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlərlə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti