...

Milli Məclis də Rusiya mətbuatını yanlış informasiya yaymaqda suçladı

Siyasət Materials 6 İyun 2014 14:22 (UTC +04:00)
Rusiya Dövlət Dumasının dəvəti ilə Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iyunun 4-5-də Rusiyanın paytaxtı Moskva şəhərində rəsmi səfərdə olub.
Milli Məclis də Rusiya mətbuatını yanlış informasiya yaymaqda suçladı

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir E.Mehdiyev/

Rusiya Dövlət Dumasının dəvəti ilə Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iyunun 4-5-də Rusiyanın paytaxtı Moskva şəhərində rəsmi səfərdə olub.

Trend-in Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, səfər çərçivəsində Milli Məclis Sədrinin ölkənin Federal Məclisinin Federasiya Şurasının və Dövlət Dumasının rəhbərliyi ilə görüşləri keçirilib.

Parlament Sədrinin Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinlə görüşü barədə İTAR-TASS agentliyinin yaydığı məlumatda yanlışlığa yol verilərək bildirilmişdir ki, guya ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək iyun sessiyasında Azərbaycan tərəfi Ukrayna məsələsində Rusiyanın mövqeyini müdafiə edəcəkdir.

Bildiririk ki, adı çəkilən görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi ilə yanaşı, regional məsələlər müzakirə olunsa da Milli Məclisin Sədri tərəfindən belə bir fikir səsləndirilməmişdir.

Azərbaycan Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini müxtəlif səviyyələrdə, o cümlədən nüfuzlu beynəlxalq qurumlarda aydın şəkildə ifadə etmiş, ancaq bu məsələ ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə olduğunu vurğulamışdır. Ölkəmiz bu cür problemlərin beynəlxalq hüquq müstəvisində, danışıqlar yolu ilə həllinə tərəfdardır.

Bir daha bildiririk ki, müstəqil Azərbaycanın parlament diplomatiyası milli maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti