...

Belarus senatorları Azərbaycan hökuməti ilə pensiyalar üzrə sazişin ratifikasiyasını bəyəniblər

Siyasət Materials 12 İyun 2014 17:27 (UTC +04:00)
Belarus senatorları Belarus və Azərbaycan hökumətləri arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyasını bəyəniblər.
Belarus senatorları Azərbaycan hökuməti ilə pensiyalar üzrə sazişin ratifikasiyasını bəyəniblər

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Belarus senatorları Belarus və Azərbaycan hökumətləri arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyasını bəyəniblər. Bu barədə Trend BELTA-ya istinadən məlumat verir.

Sənəd nəzərdə tutur ki, Belarus və Azərbaycan öz ərazisində əldə edilmiş iş stajı üçün pensiya təyin edəcək və ödəyəcəklər. Pensiyaçının köçəcəyi halda dövlət pensiyanın ödənilməsini davam etdirəcək. Sovet İttifaqının mövcud olduğu vaxtdan 1992-ci il yanvarın 1-dək staj dövrünə gəldikdə, bu halda pensiya təminatını pensiyaçının yaşadığı ölkə öz üzərinə götürür.

Sazişdə yazılıb ki, vətəndaşlar iş gördükləri ərazidə dövlət qanunvericiliyinə uyğun olaraq pensiya təminatına icbari sığorta ödəmələri edirlər. Sənədin maddələrindən birində göstərilmiş bəzi hallar istisna təşkil edir.

Saziş vətəndaşlar tərəfindən pensiya hüquqlarının reallaşdırılması zamanı onların formalaşdıqları əraziləri nəzərə alaraq, dövlətlərin öhdəliklərinin bölgüsünü nəzərdə tutan proporsionallıq prinsipinə əsaslanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti