...

İlham Əliyev İsrailin yeni Prezidentini təbrik edib

Siyasət Materials 13 İyun 2014 16:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin yeni seçilmiş Prezidenti Reuven Rivlinə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev İsrailin yeni Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin yeni seçilmiş Prezidenti Reuven Rivlinə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "İsrail Dövlətinin Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsrail xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti