...

Abdullah Gül və milli kəşfiyyatın rəhbəri İraqdakı vəziyyəti müzakirə edəcəklər

Siyasət Materials 19 İyun 2014 10:48 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan bu gün İraqdakı vəziyyəti müzakirə edəcəklər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin "Milliyyət" qəzeti xəbər yayıb.
Abdullah Gül və milli kəşfiyyatın rəhbəri İraqdakı vəziyyəti müzakirə edəcəklər

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Prezidenti Abdullah Gül və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan bu gün İraqdakı vəziyyəti müzakirə edəcəklər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin "Milliyyət" qəzeti xəbər yayıb.

Bir az əvvəl İraqdakı son hadisələrlə bağlı müzakirələr Baş nazir Rəcəb Tayyib Ərdoğan və Hakan Fidan arasında keçirilib.

İyunun 10-da "İraq və Şam İslam Dövləti" qruplaşmasının yaraqlıları hazırda qadağan olunmuş İraqın BƏƏS partiyasının dəstəyi ilə İraqın şimalındakı Neynəva vilayətinin Mosul inzibati mərkəzini, bir sıra kiçik yabşayış məntəqələrini, eləcə də Səlahəddin vilayətini, o cümlədən onun mərkəzi olan Tikrit şəhərini ələ keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti