...

Aydın Mirzəzadə: Prezident İlham Əliyev AŞ PA sessiyasında çıxışı zamanı ölkənin lideri kimi Azərbaycanın mövqeyini ortaya qoydu

Siyasət Materials 25 İyun 2014 16:23
"Cənab Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında çıxışı zamanı güclənən, öz maraqlarını bilən və qoruyan, demokratiyaya bağlı olan bir ölkənin lideri kimi Azərbaycanın bir sıra məsələlərə dair mövqeyini ortaya qoydu.
Aydın Mirzəzadə: Prezident İlham Əliyev AŞ PA sessiyasında çıxışı zamanı ölkənin lideri kimi Azərbaycanın mövqeyini ortaya qoydu

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Cənab Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında çıxışı zamanı güclənən, öz maraqlarını bilən və qoruyan, demokratiyaya bağlı olan bir ölkənin lideri kimi Azərbaycanın bir sıra məsələlərə dair mövqeyini ortaya qoydu. Eyni zamanda, AŞ PA Nazirlər Şurasına yarım il rəhbərlik edəcək bir ölkə kimi Azərbaycanda demokratik cəmiyyət quruculuğundakı uğurlarımızdan danışdı". Bunu Trend-ə millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bununla belə, cənab Prezident qeyd etdi ki, Azərbaycanın bu gün əsas problemi qonşu Ermənistan tərəfindən ərazimizin bir hissəsinin işğal edilməsi və Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır: "Dövlət başçısı bildirdi ki, Ermənistan beynəlxalq hüquq normalarını pozub və beynəlxalq birliyi bu məsələyə obyektiv münasibət bildirməyə, Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırdı. Hesab edirəm ki, cənab Prezident növbəti dəfə yüksək tribunadan Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməkdən imtina edən və sivil qaydaları qəbul etməyən bir ölkə olduğunu bir daha göstərdi və ikili standartlardan əl çəkərək Ermənistana qarşı müvafiq tədbirlər görülməsinə çağırış etdi. Çünki belə bir əməli digər ölkə etsəydi, çoxdan beynəlxalq aləmdən təcrid olunmuşdu, artıq sanksiyalara məruz qalmışdı. Ancaq Ermənistana qarşı yumşaqlıq edilir".

Deputat bildirib ki, ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən birinin Ermənistana qarşı sanksiyalar tətbiq etməsi kifayətdir ki, Ermənistan qısa müddət ərzində Azərbaycanın ərazi bütövlüyünü tanıyaydı: "Azərbaycan Prezidenti bu qətiyyətli çıxışında növbəti dəfə Ermənistanı tənqid atəşinə tutdu və Ermənistanın artıq öz mövqeyini müdafiə etməkdə ciddi çətinliklər çəkməsi hiss edildi".

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan Prezidentinin qlobal düşüncə tərzi, Azərbaycanda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər haqqında məlumatlılıq səviyyəsi, prinsipiallığı, qətiyyəti AŞ PA deputatları, ekspertlər, şərhçilər, yerli və xarici KİV-lər, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti