...

Ukrayna Ali Radasının vitse-spikeri: Rusiyanın əməlləri sayəsində Ukraynanın şərqində vəziyyət kəskinləşib

Siyasət Materials 28 İyun 2014 19:14 (UTC +04:00)
Rusiyanın əməlləri sayəsində Krımda və Ukraynanın şərqində vəziyyət kəskinləşib. İnsan oğurluğu, müxtəlif separatçı cinayətlər BMT və digər beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib.
Ukrayna Ali Radasının vitse-spikeri: Rusiyanın əməlləri sayəsində Ukraynanın şərqində vəziyyət kəskinləşib

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Rusiyanın əməlləri sayəsində Krımda və Ukraynanın şərqində vəziyyət kəskinləşib. Trend xəbər verir ki, bunu Ukrayna Ali Radasının vitse-spikeri Ruslan Kaşulinski Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü yay sessiyası çərçivəsində keçirilən plenar iclasda deyib.

R.Kaşulinski bildirib: "Vəziyyətin stabilləşdirilməsi istiqamətində ən əsas səbəb Rusiyanın mövqeyidir, bu hadisələri törədən separatçılara Rusiyanın hər cür dəstək göstərməsidir. Buna dərhal son qoyulmalıdır. Nə qədər ki, Rusiya bunu davam edəcək, heç bir sabitlikdən söhbət gedə bilməz".

O, Ukraynada insanların millətindən və dinindən asılı olmayaraq, bərabərhüquqlu olduğunu deyib: "Mən qardaşlarımızdan rica edirəm, gəlin keçmiş səhvlərimizi davam etməyək. Əks halda, bu səhvlər bizim xalqlarımıza baha başa gələcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti