...

Azərbaycan Çin Baş Prokurorluğunun idarə rəisini mükafatlandırdı

Siyasət Materials 30 İyun 2014 16:29 (UTC +04:00)
Beynəlxalq Antikorrusiya Orqanları Assosiasiyasının baş katibi, Çin Xalq Respublikasının Baş Prokurorluğunun idarə rəisi Ye Fenq Azərbaycan Respublikasının “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif edilib.
Azərbaycan Çin Baş Prokurorluğunun idarə rəisini mükafatlandırdı

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlkin İzzət/

Beynəlxalq Antikorrusiya Orqanları Assosiasiyasının baş katibi, Çin Xalq Respublikasının Baş Prokurorluğunun idarə rəisi Ye Fenq Azərbaycan Respublikasının "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilib.

Trend xəbər verir ki, bu gün Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutan görüşdə Beynəlxalq Antikorrusiya Orqanları Assosiasiyasının baş katibi, Çin Xalq Respublikasının Baş Prokurorluğunun idarə rəisi Ye Fenq Azərbaycan Respublikasının "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilib.

Nişanı Y.Fenqə Azərbaycanın Baş prokuroru Zakir Qaralov təqdim edib.

Z.Qaralovun sözlərinə görə, Y.Fenq bu mükafata Azərbaycan Respublikası və Çin Xalq Respublikasının prokurorluqları arasında münasibətlərin inkişafında verdiyi əvəzsiz töhfələrə görə layiq görülüb: "Cənab Ye Fenq iki ölkənin Baş prokurorluqları arasında münasibətlərin inkişafındakı xidmətləri ilə yanaşı, Beynəlxalq Antikorrusiya Orqanları Assosiasiyasının baş katibi kimi də böyük işlər görür".

Tədbirdə iştirak edən Azərbaycanın ədliyyə naziri, Beynəlxalq Antikorrusiya Orqanları Assosiasiyasının vitse-prezidenti Fikrət Məmmədov isə deyib ki, Azərbaycan və Çin arasında hüquqi sahədə əməkdaşlığın inkişafına nail olunub. 1999-cu ildə iki ölkənin Baş prokurorluqları arasında əməkdaşlıq haqqında protokol, eyni zamanda, iki ölkənin Ədliyyə nazirlikləri və Ali məhkəmələri arasında əməkdaşlıq haqqında saziş imzalanıb: "Bu münasibətlər dinamik olaraq inkişaf edir. Bu münasibətlərin inkişafında cənab Ye Fenqin xüsusi xidmətləri var. O, Azərbaycanın böyük dostudur".

F.Məmmədov dünya miqyasında korrupsiya ilə mübarizə sahəsində, eləcə də Azərbaycanla ÇXR arasında hüquqi sahədə əlaqələrin inkişafına verdiyi töhfələrə görə Y.Fenqə Ədliyyə Nazirliyinin fəxri fərmanını təqdim edib.

Y.Fenq isə öz növnəsində qeyd edib ki, bu mükafatlara layiq görülməsi onun üçün həm böyük şərəf, həm də sürpriz olub: "Bu mənim üçün xüsusi mükafatlardır. Onları özümlə ömürlük saxlayacağam".

O, həmçinin bildirib ki, Azərbaycanla Çin arasında hüquqi əlaqələr dünyada ən yüksək səviyyədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti