Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının keçmiş rəhbəri Arif Hacılı Müsavat başqanlığına namizədliyini rəsmən irəli sürüb. Bu barədə Trend-ə A.Hacılı özü məlumat verib.
O, qeyd edib ki, bununla bağlı partiyanın müvafiq qurumuna ərizə ilə müraciət edib.
Bununla da Müsavat Partiyası başqanlığına namizədlərin sayı 2-yə çatıb. Bundan əvvəl Müsavat Divanının üzvü Tural Abbaslı Müsavat başqanlığına namizədliyini irəli sürüb.
Qeyd edək ki, Müsavat Partiyası başqanlığına namizədlərin irəli sürülməsi prosesinə və seçki kampaniyasına start verilib. Partiya sentyabrın 27-də VIII qurultayını keçirmək niyyətindədir.